Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-70/2021 03.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Əmirxan Səfərlinin və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Qəbələ rayonu, Qaradeyin kəndində anadan olmuş, Qəbələ rayonu, Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2021-ci il tarixdə, Qəbələ rayonu, Qaradeyin kəndində yaşayan Şəxs yaşadığı evdən 1 ədəd tək lülə, “İJ-5” markalı, 3305-Д nömrəli, 16 kalibirli qanunsuz yivsiz mülki ov silahı və yivsiz mülki ov silahı üçün döyüş surtsatı hesab olunan 16 ədəd dolu patron və 4 ədəd boş giliz aşkar olunaraq götürülmüşdür. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Əmirxan Səfərli tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Əmirxan Səfərli izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, Qəbələ rayonu, Qaradeyin kəndində yaşayan Şəxs yaşadığı evdən 1 ədəd tək lülə, “İJ-5” markalı, 3305-Д nömrəli, 16 kalibirli qanunsuz yivsiz mülki ov silahı və yivsiz mülki ov silahı üçün döyüş surtsatı hesab olunan 16 ədəd dolu patron və 4 ədəd boş giliz aşkar olunaraq götürülmüşdür. Bununla da həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, “İJ-5” markalı, 3305-Д nömrəli, 16 kalibirli ov silahını təxminən 2010-2011-ci illərdə Qəbələ rayonu, Qaradeyin kəndində yerləşən köhnə mal tövləsinin damından tapmışdır. Ailədə yaranan münaqişə nəticəsində yoldaşı DİN-in 102 xidmətinə zəng etmiş və hafisə yerinə gələn əməliyyat-istintaq qrupu tərəfindən həmin silah və 16 dolu, 4 ədəd boş patron götürülmüşdür. Həmin silahın sənədsiz olduğunu bilirdi. Həmçinin silahın daşınma qaydalarını pozmuşdur. Gələcəkdə bu cür hallara yol verməyəcək. Sonda isə barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Əmirxan Səfərli tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün izahatı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş ov tüfəngi və döyüş surtsatı müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd tək lülə, “İJ-5” markalı, 16 kalibirli, 3305-Д nömrəli yivsiz mülki ov silahı və yivsiz mülki ov silahı üçün döyüş sursatı hesab olunan 16 ədəd dolu patron və 4 ədəd boş giliz müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-70/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-70/2021
03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver