Məhkəmə qərarları › İş №3(025)-70/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-70/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-70/2025 06.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 1997-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 06 mart 2025-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq əməli törətmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 06 mart 2025-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq əməli törətmişdir. Bununla da, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olmaqla yaşayır, evlidir, 2 övladı var. xx.xx.2025-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin keçirdiyi qəbulda iştirak etmişdir. Orda iştirak etməkdə əsas məqsədi şəxsi həyətinə gedən körpünün təmir olunması olmuşdur. İcra Hakimiyyətinin rəsmi nümayəndələri ona müəyyən texnikanın göndərildiyini, lakin onun həmin texnikanın işləməsinə mane olduğunu bildirmişdir. O, onlardan körpünün təmir edilməsi üçün 6 ədəd beton istədiyini bildirmişdir. Onlar isə ona köməklik ediləcəyini, qarın əriməsini gözləməyini bildirmişlər. O isə bundan əsəbləşərək uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onların bu davranışı onu özündən çıxarmışdır. Buna görə də təhqiredici ifadələr işlətməyə başlamışdır. Onlar ona sakitləşməyi tövsiyyə etmişlər, o isə bildirmişdir ki, onun istədiyini etməsələr Xoşqədəm Hidayətqızının verilişinə çıxacağını, bu məsələni orda işıqlandıracağını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Etdiyi əmələ görə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsindən üzr istəyir. Özünün xəstə olmasını və himayəsində 2 azyaşlı uşağının olmasının nəzərə alınmasını, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Osmanov X4 Qismət Şakir oğlunun zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 izahatında göstərdi ki, 06 mart 2025-ci il tarixdə saat 09:45də Qəbələ rayonu Zarağan kənd sakini Şəxs mərkəzi icra hakimiyyəti orqanlarına etdiyi çoxsaylı müraciətləri ilə bağlı vətəndaş yenidən rayon icra hakimiyyətinə dəvət edilərək qəbul edilmişdir. Qəbul zamanı vətəndaş şəxsi həyətinə gedən körpünün təmir edilməsi məqsədilə 6 ədəd beton panelin verilməsini tələb etmişdir. Şəxs bildirilmişdir ki, körpünün təmiri ilə bağlı 09 fevral 2025-ci il tarixində Qəbələ su X1 İdarəsi tərəfindən Devalan markalı ekskavator göndərilmiş,lakin o, texnikanı işləməyə qoymamış, Zarağan kənd İƏD üzrə nümayəndəsi Azər İsmayılov və X7 Mütəllibov vətəndaşla söhbət aparsa da bir nəticəsi olmamışdır. Lakin bütün bunlara baxmayaraq, vətəndaşa müraciəti ilə bağlı ona RİH tərəfindən köməklik göstəriləcəyi bildirilərək, son günlərdə yağan qarın əriməsini gözləməsi tövsiyə edilmişdir. Lakin vətəndaş bununla razılaşmayaraq, gözləyə bilmədiyini, haqqını tələb etdiyini, RİH tərəfindən tələbi yaxın günlərdə həll olunmasa Xoşqədəm Hidayətqızının verilişinə çıxacağını bildirmişdir. Həmçinin o, RİH-də qəbul zamanı səsini olduqca yüksəldərək qeyri-etik hərəkət etmiş, Başçının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri X3 hədə-qorxu gələrək rayon icra hakimiyyətini tərk etmişdir. Hal-hazırda Qismət Aslanzada onlardan üzr istəyib, səmimi peşmançılıq hissi keçirdiyinə görə ondan şikayətləri yoxdur. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən Qəbələ rayon Polis şöbəsinin rəisinə ünvanladığı məktubdan və Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş Aktdan görünür ki, 06 mart 2025-ci il tarixdə saat 09:45-də Qəbələ rayonu Zarağan kənd sakini Şəxs mərkəzi icra hakimiyyəti orqanlarına etdiyi çoxsaylı müraciətləri ilə bağlı vətəndaş yenidən rayon icra hakimiyyətinə dəvət edilərək qəbul edilmişdir. Qəbul zamanı vətəndaş şəxsi həyətinə gedən körpünün təmir edilməsi məqsədilə 6 ədəd (2x6 – 6 ədəd) beton panelin verilməsini tələb etmişdir. Şəxs bildirilmişdir ki, ona və ailəsinə RİH tərəfindən bir neçə maddi köməklik göstərilmiş, körpünün təmiri ilə bağlı 09 fevral 2025-ci il tarixində Qəbələ su X1 İdarəsi tərəfindən Devalan markalı ekskavator göndərilmiş,lakin o, texnikanı işləməyə qoymamış, Zarağan kənd İƏD üzrə nümayəndəsi Azər İsmayılov və X7 Mütəllibov vətəndaşla söhbət aparsa da bir nəticəsi olmamışdır. Lakin bütün bunlara baxmayaraq, vətəndaşa müraciəti ilə bağlı ona RİH tərəfindən köməklik göstəriləcəyi bildirilərək, son günlərdə yağan qarın əriməsini gözləməsi tövsiyə edilmişdir. Lakin vətəndaş bununla razılaşmayaraq, gözləyə bilmədiyini, haqqını tələb etdiyini, RİH tərəfindən tələbi yaxın günlərdə həll olunmasa Xoşqədəm Hidayətqızının verilişinə çıxacağını bildirmişdir. Həmçinin o, RİH-də qəbul zamanı səsini olduqca yüksəldərək qeyri-etik hərəkət etmiş, Başçının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri X3 hədə-qorxu gələrək rayon icra hakimiyyətini tərk etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında uca səslə nalayiq ifadələr ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,49, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar