Məhkəmə qərarları › İş №3(025)-700/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-700/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-700/2023 20.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəhimli Arzu İsmət oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis kapitanı X6, Zərərçəkmiş şəxs İlyas qızının, zərərçəkmiş şəxsin vəkili və nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1962-ci ildə Qəbələ rayonu, Kürd kəndində anadan olmuş, Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Kürd kəndində Zərərçəkmiş şəxs İlyas qızını döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 noyabr 2023-cü il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X3 Gülmayə Təvəkkül qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X8 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Kürd kəndində, həmin kəndin sakini Zərərçəkmiş şəxs İlyas qızını döyərək qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs İlyas qızı qardaşı Əliağanın yoldaşıdır. Onunla mülklə bağlı mübahisəsi vardır. Belə ki, onun yaşayış evinin arxasında istifadə etdiyi bağ sahəsi vardır ki, həmin bağ sahəsi və yaşadığı həyətyanı sahə vəsiyyətnamə ilə ona məxsus deyil. Öz evindən əsas yola çıxan yol çınqıl və uzaq olduğundan Zərərçəkmiş şəxs istifadə etdiyi və vəsiyyətnamə ilə anasından onlara qalan torpaq sahəsinin bir hissəsindən küçəyə çıxmaq üçün yol açmışdır. Buna Nəzirə narazılıq etmiş və mübahisə yaratmışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində işdən evə sözügedən mübahisəli bağ sahəsindən gedən zaman Nəzirə onu görmüş, bu zaman Nəzirə onun arxası ilə nalayiq ifadələr işlətmiş, ona fikir verməyərək evinə getmişdir. Lakin Nəzirə nalayiq ifadələrini davam etdirmişdir. Yenidən öz həyətindən həmin yerə yaxınlaşmış, gəlinləri Vüsaləni də ora çağırmış ki, onun nalayiq ifadələrinin səsini yazsın. Belə olub Vüsalə də ora gəlmiş və Nəzirənin nalayiq ifadələr işlətməsini mobil telefon ilə səsini yazmışdır. Nəzirə yenə nalayiq ifadələr işlətdiyinə görə 102 xidmətinə zəng etmişdir. Daha sonra evinə getmişdir. Nəzirə yalan demiş, nə o, nə Vüsalə, nə də ki, Firdovsi onun həyətinə keçməmiş, onu vurmamış, həmin zaman Firdovsi öz həyətində olmuş, onun söyüşlərinə dözməyərək evə getmişdir. O bu cür şikayətləri dəfələrlə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, Şəxs baldızı, X5 isə qaynıdır. Onlar ilə arasında mülklə bağlı mübahisə vardır. Belə ki, həmin şəxslər onun evinə daxil olaraq “bura mənimdir çıxın evdən” deyirlər. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Kürd kəndindəki evinə gedən zaman görmüş ki, pilləkəndə Gülmayə oturub. Ona “sən bura niyə gəlmisən, bura mənim evimdir” demiş, Gülmayənin çiynindən tutaraq çıx buradan demiş, bu zaman Gülmayə onun saçından tutub yolmuş, həmin vaxt Firdovsi Əsədov ora gəlmiş, əlində yaba var imiş. Yaba ilə sol dizinə və sağ baldır nahiyəsinə bir dəfə zərbə ilə vurmuşdur. Daha sonra gəlinləri Vüsalə Əsədova gələrək, saçından tutaraq yolmuş daha sonra Firdovsini və Gülmayəni oradan aparmışdır. Mübahisə zamanı həmin şəxsləri vurmamış, mübahisə təxminən 10 dəqiqə davam etmiş, mübahisə zamanı orada başqa heç kim olmamışdır. Sonda isə Şəxs şikayətçi olduğunu və onunla barışmayacağını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmişin vəkili və nümayəndəsi X2 məhkəmədən daha ciddi qərar qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 08 noyabr 2023-cü il tarixli 610 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs İlyas qızının bədəni üzərində sol diz oynağının ön səthinin, sağ baldırın bayır aşağı 1/3-nin və sol ayağın üstünün bayır tərəfinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə yəni 04 noyabr 2023-cü ildə törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X8 tərəfindən tərtib edilmiş 20 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar