Məhkəmə qərarları › İş №3(025)-702/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-702/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-702/2023 26.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X8, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 iştirakları ilə X9 - 1994-cü il noyabr 05-də Qəbələ rayonu Yemişənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Yemişənli kəndində qeydiyyatda olan və yaşayan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 26 dekabr 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X10 tərəfindən X9 barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixdə X9 birgə yaşadığı X3 ilə aralarında ailədaxili mübahisə baş vermiş və həmin vaxt sonuncunu vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 26 dekabr 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X10 göstərdi ki, xx.xx.2023-cü il tarixdə X9 birgə yaşadığı X3 ilə aralarında ailədaxili mübahisə baş vermiş və həmin vaxt sonuncunu vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, X9 barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 özünü izahatında göstərdi ki, X2 onun arvadıdır. 2017-ci il tarixdə ailə həyatı qurmuşlar, lakin onların rəsmi nigahı olmamışdır. Onlar ailə həyatı qurduğu vaxtdan aralarında tez-tez söz söhbətlər yaranmış, buna səbəb isə Elnarənin evdə heç bir iş görməməsi, ona yemək verməməsi, ondan yemək tələb edən zaman ona qarşı təhqiramiz ifadələr işlətməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə Elnarə ona “uşaq üçün dərman aldınmı?” demiş, o isə pulu olmadığını, alacağını bildirmiş, həmin vaxt onların arasında sözlü mübahisə baş vermişdir. xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində yuxudan durmuş, uşaqlarından yemək yeyib-yemədiyini soruşmuş, azyaşlı qızı isə heç bir söz deməmiş, sonra isə qızına “mağazaya gedək” demiş, lakin Elnarə qoymamış və həmin vaxt qızı Elnarəyə acıqlanmışdır. bu zaman Elnarə “atan şərəfsizə oxşamısan” dediyini, onunatasının qəbrinə nalayiq ifadə işlətdiyini, o da Elnarəyə qarşı nalayiq ifadə ilə cavab verdiyini , həmin vaxt Elnarə əlində olan dəmir ilə üzərinə gəldiyini, o dəmiri Elnarənin əlindən aldığını, ona bir dəfə şillə vurduğunu, Elnarə evin əşyaları dağıtdığını, sonra evdən çıxıb atası evinə getdiyini, o Elnarəni maşa və tava ilə vurmadığını, onların arasında dava baş verən zaman heç kim olmadığını bilfirmişdir. Etdiyi əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, X9 ilə 2017-ci il tarixdə ailə həyatı qurmuş, lakin onların rəsmi nigahları olmamışdır. Onların ailə həyatı qurduğu vaxtdan aralarında tez-tez söz-söhbətlər yaranmışdır. xx.xx.2023-cü il tarixdə o, Röyala “bizim nikah yoxdur buna görə uşaqlara sənəd düzəldə bilmirik gedək nikah bağlayaq sonra isə uşaqlara sənəd düzəldək uşaqlar xəstədir onları həkimə aparaq” demiş, lakin həmin vaxt Röyal Hacıyev uşaqları xəstəxanaya aparmaq istəmədiyini bildirmişdir. Bu zaman onların arasında sözlü mübahisə baş vermiş, həmin vaxt Röyal onun bədəninin müxtəlif nahiyələrinə əli ilə vuraraq döyməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə o evdə imiş, Röyal isə yatmışdır. Saat 12:30 radələrində yuxudan durmuş, qəfildən gəlib onu təpik ilə vurmuş, “mənim yeməyim hanı?!” demişdir. O isə ona hazır edəcəyini bildirmiş, Röyal isə ona “sənin kefin tutan zaman mənə yemək hazır edirsən” demiş, üzərinə gələrək onu maşa və tava ilə başına və bədəninə vuraraq döyməyə başlamışdır. Həmin vaxt o qışqırmış, ona “məndən əl çək sənə nə etmişəm” demiş, Röyal isə “səni öz kefimə döyürəm, səni öldürəcəm” deyə cavab vermişdir. O da buna görə evdən çıxıb uşaqları Röyalın əmisinin arvadına vermiş, sonra isə Qəbələ RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Röyal onu vuran zaman onların yanında heç kimin olmamışdır. Hal-hazırda Röyalla barışmamış və həmin şəxs barəsində qanuni tədbir görülməsini istəyir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 dekabr 2023-cü il tarixli qərarda olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X5 canlı şəxsin ekspertizasının 663 nömrəli rəyindən görünür ki, Elnarə Abdulxalıqovanın bədəni üzərində boyunun arxa orta hissəsinin, sol saidin bayır yuxarı, sol budun bayır orta 1\3-nin qançırları, sol saidin ön aşağı 1\3-nin və sol dirsək nahiyəsinin sıyrıqları kimi xəsarəti olduğunu və həmin xəsarət xx.xx.2023-cü il tarixə təsadüf etdiyini, qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aid olduğu müəyyən edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 dekabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/1816 və HK-1\1817 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, X9 həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirlən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, eləcə də tərəflər arasında mövcud olan ailə hüquq münasibətlərini nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar