Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-702/2025 10.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1989-cü il fevralın 03-də Qəbələ rayonu, Tikanlı kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi T.A.Həsənquliyevin tərtib etdiyi 10 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2024 saylı, xx.xx.2024-cü il tarixli və Qəbələ Rayon Məhkəməsinin 2(025)-1459/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qət edilmiş - 87.100 manat pul vəsaiti və 300 manat dövlət rüsumu, cəmi 87400 (səksən yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti subsidiar qaydada "xxxx" MTK-nın təsisçiləri olan - cavabdehlər X3, Şəxs, X5, X4 və X7 müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi, ödənilmiş 352,2 (üç yüz əlli iki manat, iyirmi qəpik) manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat pulun əvəzi cavabdehlər X3, Şəxs, X5, X4 və X7 müştərək qaydada alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Həmçinin Qəbələ Rayon Məhkəməsinin 2(025)-1459/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən KEYBOARD 2Е KS üçün 45,96 (qırx beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 4,04 (dörd manat dörd qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********95124 olan XİAOMİ REDMİ 10 markalı telefon üçün 528,6 (beş yüz iyirmi səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə, ümumilikdə 630,6 (altı yüz otuz manat altmış qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İcra sənədləri şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək bildirişlərlə birlikdə icra olunması üçün icra sənədləri üzrə borclunun ünvanına göndərilmişdir. İcra sənədlərinin icrası barədə borcluya bildirişlər göndərilməsinə baxmayaraq, icra sənədləri üzrə tələb təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədləri üzrə tələbi icra etməyi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, hazırkı dövrə qədər icra sənədləri təmin edilməmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi X2 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. “Elektron sistem” vasitəsilə axtarış edilmiş və adına avtomobil aşkar edilmiş və Qəbələ Rayon Məhkəməsinin 8(025)- 53/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-186/2024 saylı icra sənədi üzrə tələbin yönəlməsi üçün borclu Şəxs məxsus olan «SC1022 BB 13 DFB yük» markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulması qərara alınmışdır. İcra sənədi şöbənin icraatına daxil olduğu vaxtdan hazırki dövrədək borclu tərəfindən hər hansı ödəniş edilməmişdir. Borclu çağırışlara gəlmədiyindən xx.xx.2025-ci il tarixdə barəsində axtarış elan edilmiş və axtarışla şöbəyə gətirilmişdir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Eyni zamanda göstərdi ki, protokol məhkəmədə baxılan zaman borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunu tam şəkildə ödəmişdir. Bununla bağlı zərərçəkmiş şəxsin icraata xitam verilməsi haqqında məktubu məhkəməyə təqdim etmişdir. Digər icra sənədi üzrə isə ödəniş edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs1 tanımır. Onlar "2016 MTK"-nın vaxtilə payçısı olmuşdur, hazırda həmin müştərək borclu olan 5 nəfərdən 4 nəfəri orada rəsmi şəkildə işçidir. Onlardan sadəcə o, rəsmi qaydada işci deyil, onların da hərəsi bir rayondandırlar. xx.xx.2025-ci il tarixdə ona Qəbələ RPŞ-dən zəng edərək, Qəbələyə gəlməli olduğunu bildirmişdirlər. Daha sonra ona Hökməli qəsəbəsində yerəşən 24-cü polis bölməsinə getməsini demişdirlər, o da həmin yerə getmiş və onu ordan polis əməkdaşları gətirmişdirlər. "xxxx" MMC-yə olan borcunu ödəmişdir. Digər borcdan isə ödənişi olmamışdır. O borc müştərək olsa da, ondan başqa digər borcluları heç bir yerə çağırmırlar. Maşınını satıb borcdan ödəməyi düşünmüşdür, ona da həbs qoyulmuşdur. Tələbkarı tanımır, o, heç bir məhkəmə iclasına da çağrılmamışdır. Hazırda həmin borcu da ödəməkdən yayınmır, sadəcə hazırda ödəməyə maddi imkanı yoxdur. Himayəsində beş övladı vardır. Ona vaxt verilərsə, həmin icra sənədi üzrə də ödənişlərini edəcəkdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs borclarından birini tam şəkildə ödədiyini, digər borcunu da ödəməkdən yayınmaq kimi bir fikri olmadığını, onun ailə vəziyyətinin nəzərə alınaraq işə xitam verilməsini xahiş edir. "xxxx" MMC-nin nümayəndəsi Şükürov Turan tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş məktubdan müəyyən olunur ki, Şəxs tərəfindən Qəbələ Rayon Məhkəməsinin 2(025)-1459/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borc tam olaraq ödənilmiş və icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işləri, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni zərərçəkmiş şəxs və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qət edilmiş - 87.100 manat pul vəsaiti və 300 manat dövlət rüsumu, cəmi 87400 (səksən yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti subsidiar qaydada "xxxx" MTK-nın təsisçiləri olan - cavabdehlər X3, Şəxs, X5, X4 və X7 müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi, ödənilmiş 352,2 (üç yüz əlli iki manat, iyirmi qəpik) manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat pulun əvəzi cavabdehlər X3, Şəxs, X5, X4 və X7 müştərək qaydada alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. - Qəbələ Rayon Məhkəməsinin 2(025)-1459/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən KEYBOARD 2Е KS üçün 45,96 (qırx beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 4,04 (dörd manat dörd qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********95124 olan XİAOMİ REDMİ 10 markalı telefon üçün 528,6 (beş yüz iyirmi səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə, ümumilikdə 630,6 (altı yüz otuz manat altmış qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ülvi Həmidlinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 186/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ülvi Həmidlinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1459/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - Qəbələ Rayon Məhkəməsinin 8(025)-53/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-186/2024 saylı icra sənədi üzrə tələbin yönəlməsi üçün borclu Şəxs məxsus olan «SC1022 BB 13 DFB yük» markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulması qərara alınmışdır. - Qəbələ rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsaəsn borclu Şəxs Zərərçəkmiş şəxs1 87972,2 manat, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1459/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən isə 510,62 manat borcu vardır. - Qəbələ rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixı 590225 nömrəli axtarış işi açılmışdır. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1459/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs tərəfindən borc tamamilə ödənilmişdir. Eyni zamanda icra işində olan bildirişlərin surətlərindən görünür ki, “İcraata başlamaq haqqında” Qərarların surəti borclu Şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Göstərilən xüsusatlar Şəxs borc öhdəliyinə səhlənkar yanaşmasına və borcu ödəməkdən qərəzli olaraq yayınmasına dəlalət edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs icra məmurunu çağırışlarına könüllü olaraq gəlməmiş, polis vasitəsilə gətirilmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-1459/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunu məhkəmə araşdırması zamanı tam şəkildə ödəməsini, həmçinin himayəsində 1 azyaşlı olmaqla, 5 nəfər yetkinlik yaşına çatmayan övladının olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati icraat aparılan Şəxs icra sənədlərinin icrasını təmin etmədiyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 2 saat müddətində müdafiə etmişdir. Odur ki, Şəxs göstərilmiş 2 saat hüquqi xidmətə görə Vəkil 22 (iyirmi iki) manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörd birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-50, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 dekabr 2025-ci il saat 14:45-dən hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş 2 saat hüquqi xidmətə görə Vəkil 22 (iyirmi iki) manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-702/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-702/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver