Məhkəmə qərarları › İş №3(025)-703/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-703/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-703/2023 26.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarovun, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu rayonu, Abasxanlı kəndində anadan olmuş, Ağsu rayonu, Abasxanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qanuni nümayəndə oğlu Zərərçəkmiş şəxs daşla vuraraq fiziki ağrı yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 dekabr 2023-cü il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarov, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qanuni nümayəndə oğlu Zərərçəkmiş şəxs daşla vuraraq fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Qanuni nümayəndə onun eltisidir. xx.xx.2023-cü il tarixdə eltisi onun yaşadığı həyətyanı sahəsinə zibil atmış, Qanuni nümayəndə zibil atmamasını bildirmişdir. Bununla bağlı aralarında sözlü mübahisə yaranmışdır. Lakin, Qanuni nümayəndə azyaşlı oğlu Zərərçəkmiş şəxs daş atmamış, ona heç bir xəsarət yetirməmiş, eləcə də, Qanuni nümayəndə daş atmamışdır. Həmin şəxs onun üzərinə şər böhtan atır, əksinə Qanuni nümayəndə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Qəbələ rayon Zarağan kənd sakinidir. Şəxs onların qohumları, eyni zamanda, qonşusudur. xx.xx.2023cü il tarixdə uşaqlarla birlikdə öz həyətlərində oynayarkən Şəxs onu gördükdə, ona “get başqa yerdə oyun oyna bura sizin yeriniz deyil” demişdir. Anası da onun yanında olmuşdur. Məleykə yerdən daş götürmüş, anasına və ona daş atmış, daş anasına dəyməmiş, lakin daşın biri onun qarın nahiyyəsindən dəymişdir. Bundan sonra anası Məleykənin ona xəsarət yetirməsi ilə bağlı DİN-nin “102” xidmətinə məlumat vermişdir. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında göstərmişdir ki, Qəbələ rayon Zarağan kənd sakinidir. Şəxs onun eltisidir. xx.xx.2023-cü il tarixdə oğlu Zərərçəkmiş şəxs uşaqlarla birlikdə öz həyətlərində oynayarkən Məleykə onun oğlunu gördükdə, ona “gedin başqa yerdə oyun oynayın, bura sizin yeriniz deyil” demişdir. Həmin vaxtda oğlunun yanında olmuş, Məleykə yerdən daş götürərək ona və oğluna atmışdır. Daş ona dəyməmiş, lakin daşın biri oğlunun qarın nahiyyəsindən dəymişdir. Daha sonra Məleykənin onun oğluna xəsarət yetirməsi ilə bağlı DİN-nin “102” xidmətinə məlumat vermişdir. Sonda isə Məleykə barəsində daha ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 657 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində, qarının ön sağ aşağı hissəsinin qançırı kimi xəsarətinin olduğu, həmin xəsarətin küt alətin (əşyaların) təsirindən yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixində törənə biləcəyi qeyd olunmuşdur. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarov tərəfindən tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar