Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-705/2025 12.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi X1, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2, onun vəkili Vəkil1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1977-ci il yanvarın 10-da Qəbələ rayonu, Zarağan kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi T.A.Həsənquliyevin tərtib etdiyi 12 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-562/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-562/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs1 və X4 xeyrinə 14000 manat əsas borc, hüquqi yardım göstərilməsinə görə ödənilmiş pulun əvəzi olaraq 200 manat pulun tutulması, Cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-1618/2023 nömrəli qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsi iddianın cavabdehden mənəvi zərərin əvəzinin və bank uçot dərəcəsinə uyğun olaraq faizin tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə əsas borca illik beş faiz hesablanmaqla 484,6 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləğinin tutulması, iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cavabdeh Şəxs qarşı vurulmuş mənəvi zərərin əvəzinin tutulması hissəsində iddia tələbi təmin edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün icra sənədi üzrə borclunun ünvanına göndərilmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalov tərəfindən “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” Qərar qəbul edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-562/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildirişlər göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb tam təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borclunun dəfələrlə icra şöbəsində olmuş izahatları alınmış, ona xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməyi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Şəxs son dövrlərdə icra məmurunun çağırışlarına gəlməmiş, barəsində axtarış elan edildikdən sonra axtarışla icra şöbəsinə gətirilmişdir. Beləliklə, onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, onun yekun olaraq protokol tərtib edilərkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 562/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 14684,60 manat borcu qalmışdır. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi X2 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsininin 03 fevral 2025ci il tarixli ocra sənədinə əsasən ümumilikdə 14684.60 manat pul Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməli idi. İcra sənədi şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya tərəf üzrlü səbəb göstərilmədən icra şöbəsinə gəlmədiyi üçün xəbərdarlıq edilmiş, xəbərdarlıqdan sonra axtarşıa verilmişdir. Axtarışla gətirildikdən sonra şöbədə tərəflər arasında razılıq olmuşdur. Özünə məxsus olmayan torpaq sahəsinin satılması ilə bağlı söz vermiş, bu barədə izahatı alınmışdır. Buna görə şəxsə müyyən müddət verilmiş, lakin şəxs həmin müddət ərzində borcunu ödəmədiyi üçün yenidən icra tədbirləri başlamışdır. Borclunun yaşayış yeri müəyyən olunmadığı üçün yenidən axtarışa verilmişdir. Bugün polis əməkdaşları yərəfindən icra şöbəsinə təvhil verildikdə izahatı alınmış, ödəniş etməsi üçün vəsati olmadığını qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, o, hissə-hissə ödəniş etmək istəmiş, lakin qarşı tərəf buna razı olmamışdır. Bu ilin axrına kimi borcunun bir hissəsini ödəmək niyyəti vardır. O pulun əsası 3.000 manat olmuş, ona heç 14.000 pul verilməmişdir. Vaxt verilərsə, borcunu ödəyəcəkdir, rəsmi işi və ya adına maşın yoxdur, islahat dövründə Qəbələdə ona əkin üçün 0.33 ha torpaq sahəsi verilmişdir. Qeyri-rəsmi şəkildə meyvə alveri ilə məşğuldur, 800 manata Bakıda kirayədə qalır. Hazırda heç bir ödəniş edə bilmir. Ona vaxt verilərsə, ilin sonuna kimi 3000 manat məbləğində ödəniş edəcəkdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil2 araşdırma zamanı Şəxs ödəniş etməsə də tam qərəzli olmadığı müəyyən edilmişdir. Şəxs yüngül inzibati tənbeh edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, borclu onun həyat yoldaşından həmin məbləğdə pulu almış və dəfələrlə qaytaracağını bildirərək yalan danışmış, qaytarmaq fikri olmamışdır. Həyat yoldaşı da bu səbəbdən vəfat etmiş, bu borcdan əlavə də yoldaşı ona bir neçə dəfə borca pul vermişdir. Borclu vaxt verilərsə borcunu ödəməsini bildirsə də, ödəyəcəyinə inanmır, borclunun ən ağır şəkildə cəzalandırılmasını istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 vəkili Vəkil1 bildirdi ki, borclu ilə tələbkarın necə qarşılaşdığını aydınlaşdırmaq üçün bildirmək istəyir ki, borclu nar suyu satmaq üçün aparat qoymuşdur. Tələbkar tərəf borcluya işiq xəttini ödənişsiz olaraq istifadəyə vermiş, borclu bundan sonra tələbkardan istifadə etməyə başlamışdır. İstintaq dövründə bəlli olmuşdur ki, borclu bir çox şəxsi bu cür aldatmışdır. Borcunu 2021-ci ildə qaytarmalı olmuş, lakin hazırki dövrə qədər qaytarmamışdır. Bundan sonra da ödəniş edəcəyinə inanmadıqları üçün borclunun ən ağır şəkildə cəzalandırılmağını tələb edirlər. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işləri, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni zərərçəkmiş şəxs və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-562/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs1 və X4 xeyrinə 14000 manat əsas borc, hüquqi yardım göstərilməsinə görə ödənilmiş pulun əvəzi olaraq 200 manat pulun tutulması, Cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-1618/2023 nömrəli qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsi iddianın cavabdehden mənəvi zərərin əvəzinin və bank uçot dərəcəsinə uyğun olaraq faizin tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə əsas borca illik beş faiz hesablanmaqla 484,6 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləğinin tutulması, iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cavabdeh Şəxs qarşı vurulmuş mənəvi zərərin əvəzinin tutulması hissəsində iddia tələbi təmin edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 562/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun xx.xx.2025-ci il tarixli “İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-562/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. - “Elektron icra” informasiya sistemindən Çıxarışdan görünür ki, X3 adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-562/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Şəxs 14684,60 manat borcu vardır. - Qəbələ rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs barəsində Qəbələ RPŞ tərəfindən xx.xx.2025-ci il tarixdə 590354 nömrəli axtarış işi açılmışdır. Eyni zamanda icra işində olan bildirişin surətindən görünür ki, “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs göndərilmiş və o, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə tələbi yerinə yetirməmiş, eyni zamanda həm icra məmuru tərəfindən izahatı alınarkən, həm də məhkəmə iclasında borcunu hal-hazırda ödəyə bilməyəcəyini qeyd etmişdir. Göstərilən xüsusatlar Şəxs borc öhdəliyinə səhlənkar yanaşmasına və borcu ödəməkdən qərəzli olaraq yayınmasına dəlalət edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Yunus Yusibov icra məmurunun çağırışlarına könüllü olaraq gəlməmiş, polis vasitəsilə gətirilmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işin xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati icraat aparılan Şəxs icra sənədinin icrasını təmin etmədiyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 2 saat müddətində müdafiə etmişdir. Odur ki, Şəxs göstərilmiş 2 saat hüquqi xidmətə görə Vəkil2 22 (iyirmi iki) manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörd birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-50, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 12 dekabr 2025-ci il saat 12:10-dan hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş 2 saat hüquqi xidmətə görə Vəkil2 22 (iyirmi iki) manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-705/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-705/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver