Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-708/2025 12.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1996-cı ildə Qəbələ şəhərində anadan olmuş, Kəlbəcər rayonu, İstisu qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır kı, (xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2025-ci il tarixdə saxlanıldıqdan sonra davranışlarında əsaslı şübhələr yarandığı üçün müvafiq qaydada yoxlanılarkən narkotik vasitə olan marixuanadan istifadə etdiyi aşkar edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Zarağan kəndində yaşayır və aşıq sənəti ilə məşğul olaraq el şənliklərində saz ifaçısı kimi çıxış edir. Bir həftə bundan qabaq Tovuz rayonunda əsgər yoldaşının toy məclisində olarkən marixuanadan istifadə etmiş, xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində Qəbələ şəhərində olarkən polisi əməkdaşları tərəfindən saxlanılmış və müayinə olunarkən narkotik vasitənin təsirinin getmədiyi aşkar edilmişdir. İşdə olan xx.xx.2025-ci tarixli AZA 027661 nömrəli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin tarixdə, saat 21:00-da AR İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli 5207/2025 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokoluna əsasən tibbi müayinə nəticəsində Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. İşdə olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1966 saylı Rəyə əsasən keçirilmiş ambulator məcburi narkoloji-tibbi yoxlama nəticəsində Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. Şəxs narkotikvasitələrdən istifadə edir. Şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalı və barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 dekabr 2025-ci il tarixdən, saat 21:00-dan hesablansın. AR İXM-nin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Şəxs həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra narkomaniyadan məcburi müalicəyə cəlb edilsin. Şəxs inzibati həbs müddəti başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi tibb müəssisəsinə təhvil verilsin. Şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın aid edilən hissədə icrası Qəbələ rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-708/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-708/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver