Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-71/2021 03.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirov tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində yerləşən 2 ədəd yalanqoz və 2 ədəd qızılağac ağacını kəsərək ona 86 manat 70 qəpik maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXMnin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirov göstərdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində yerləşən 2 ədəd yalanqoz və 2 ədəd qızılağac ağacını kəsərək ona 86 manat 70 qəpik maddi ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs Alanoviç barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Alanoviç özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Vasiliy onun qardaşı oğludur. 2016-ci il tarixdən o, Türkmənistandan Azərbaycana gələrək vətəndaşlığı qəbul etmişdir. 2006-cı il tarixdə 1.20 hektar torpaq sahəsi və ev ona vəsiyyət edilmişdir. 2009-cu ildə qardaşı Qorkiyə dedi ki, “1.2 hektar torpaq sahəsi sənin olsun evin yanında olan 0.57 hektar torpaq sahəsi və 40 sot torpaq sahəsi mənim olsun”. Lakin qardaşı onun ilə razı olmadı. Bütün torpaq sahəsnin onların olacağını iddi etdi. Buna görə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qətnaməni onun xeyrinə təmin etmiş, məhkəmə icra qurub torpağın yerinin müəyyən etmək üçün gəlmiş, lakin, qardaşı buna mane olmuşdur. Beləliklə onların aralarında 2020-ci ilə kimi məhkəmə prosesləri davam etmişdir. Ona 2018-ci il tarixdə məhkəmə qərarı ilə 67 sot torpaq sahəsi verilmişdir. Qalan torpaq sahəsi isə qardaşlar arasında bölünmüşdir. xx.xx.2021-ci ildə o, bağ sahəsindən 2 ədəd qızıl ağac və iki ədəd yalanqoz ağacını özünə məxsus motorlu mişar ilə kəsmiş, buna səbəb isə odununun olmaması istilik üçün həmin ağacları odun edib yandırmaq idi. xx.xx.2021-ci il tarixdə qardaşı oğlu Vasiliy onun yanına gəldi və dedi ki “sən nə üçün bizim bağ sahəsindən ağacları kəsmisən? bura bizim bağ sahəsidir”. Vasiliyə dedi ki “sən mənim torpaq sahəmdən istifadə edirsən mənə buna görə sənin bağ sahəndən ağcları kəsib özüm üçün odun edirəm”. Həmin vaxt Vasiliy ondan şikayət edəcəyini bildirdi. Sonra isə polis əməkdaşları gələrək ağaclara baxış keçirdilər. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, X1 əmisidir. Əmisi Qori uzun müddətdir ki, Türkməsitan Respublikasında yaşayıb. Sonra isə Qəbələ rayon Nic qəsəbəsinə gəlib və baba yurdundan qalan torpaq sahəsinin bütünlüklə ona aid olduğunu iddia etmişdir. Bunun ilə bağlı Qori bu barədə məhkəmə orqanlarına iddia ərizəsi ilə müraciət etmişdir. Dəfələrlə məhkəmə prosesi getdikdən sonra torpaq sahəsinin onların olması ilə bağlı 2013-cü ildə Şəki İqdisad Məhkəməsinin qərarı çıxarılmışdır. Məhkəmənin qərarı əsasında isə Qəbələ rayon Əmlak Məsələləri dövlət komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti çıxarış çıxarmışdır. Lakin buna baxmayaraq Qori mütəmadi olaraq sözü gedən torpaq sahəsinə daxil olub orada olan ağacları onların icazəsi olmadan kəsərək müdaxilələr edir. Bunun ilə bağlı əvvəllər də Qəbələ RPŞ-də araşdırma aparılmışdır. xx.xx.2021-ci il tarixdə o, bağ sahəsinə gedən zaman gördü ki bağ sahəsindən iki ədəd yalanqoz və iki ədəd qızılağac ağacı kəsilmişdir. O, əmisi Qoridən ağacları nə üçün kəsdiyini soruşan zaman isə əmisi ağacların ona aid olduğunu, yaxşı edib kəsdiyini bildirmişdir, o da buna görə AR DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdi. Lakin o, 102 xidmətinə zəng edən zaman iki ədəd yalanqoz ağacının kəsildiyini bildirmişdi sonradan iki ədəd qızılağac ağacının kəsildiyini aşkar etdi. Buna görə Qəbələ RPŞ-nə ərizə ilə müraciət edən zaman 4 ədəd ağacın kəsildiyini bildirdi. Sonda isə Zərərçəkmiş şəxs Şəxs Alanoviç ilə barışmadğını bildirdi və onun barəsində qanunda nəzərdə tutulmuş müvafiq tədbirin görülməsini xahiş etdi. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2021-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/42 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Alanoviç barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə protokol tərtib edilməsi məqsədilə qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində yerləşən 2 ədəd yalanqoz və 2 ədəd qızılağac ağacını kəsməsi müəyyən edilsə də Şəxs özgənin əmlakını qəsdən məhv edərək maddi ziyan vurması faktı öz təsdiqini tapmır. Belə ki, Qəbələ RPŞ-nin təhqiqatçısı tərəfindən aparılmış araşdırma zamanı Şəxs Zərərçəkmiş şəxs məxsus əmlakı ziyan vurmaq məqsədi ilə qəsdən zədələməsi müəyyən olunsa da, Şəxs Alanoviç həm məhkəmə iclasında, həm də iş materiallarında olan izahatlarında bu halları təkzib etmiş, həmin ağacları evi isitmək məqsədi ilə yandırmaq üçün kəsdiyini bildirmişdir. Yəni, Şəxs hərəkətlərinin qəsdən özgənin əmlakının zədələnməsinə yönəlməsi məhkəmə iclasında sübuta yetmir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis leytenantı Elşən Qasımov tərəfindən aparılmış araşdırma zamanı Şəxs izahatında 2 ədəd yalanqoz və 2 ədəd qızılağac ağacını evi isitmək məqsədi ilə yandırmaq üçün kəsdiyini bildirmişdir. Lakin, təhqiqatçı heç bir şahid ifadəsi olmadan və hansı əsaslarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin yarandığını əsaslandırmadan, işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Həmçinin İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. İXM-nə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin İXM-nə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi həmin maddə ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. Hazırki halda Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən zədələməsinin və məhv etməsinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs Alanoviçnun hərəkətlərində özgənin əmlakını qəsdən məhv etməsi və ya kimi hallar mövcud deyildir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs qəsdən Zərərçəkmiş şəxs məxsus 2 ədəd yalanqoz və 2 ədəd qızılağac ağacını kəsərək ona maddi ziyan vurması iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakına qəsdən zərər vurulması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-71/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-71/2021
03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver