Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-713/2025 05.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsin Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 nümayəndələri, Nümayəndə2 və Nümayəndə1 , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakı ilə, ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 “inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2025-ci il tarixli ******* saylı qərarından barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş şəxs X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 “inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2025-ci il tarixli ******* saylı qərarı ilə X8 ( VÖEN: **********) Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Çay bağı” restoranının fəaliyyəti nəticəsində formalaşan tullantı sularını zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlar olmadan “Qaraçay” çayına axıtmasına görə Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə 2500 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs X8 məhkəməyə şikayət verib ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 “inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2025-ci il tarixli ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində «inzibati tənbeh tətbiq etmə haqqında» qərar qəbul edilmiş şəxs X8 izahatında göstərmişdir ki, o, Qəbələ şəhərində yaşayır və "xxxx"MMC-yə məxsus olan Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Çay bağı” restoranını icarəyə götürüb işlədərək fərdi qaydada sahibkarlıqla ( VÖEN: ********** məşğul olur. ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilən monitorinq zamanı obyektin fəaliyyəti nəticəsində formalaşan tullantı suların təmizlənmədən “Qaraçay” çayına axıdılması faktı aşkar edilmiş və ona xəbərdarlıq göndərilərək ondan 10 gün müddətində axıntının kanalizasiya şəbəksinə qoşulması və ya divarları və dibi sukeçirməz olan çirkab su quyusu ( şambo) qurulması üçün tədbir görülməsi tələb olunmuşdur. Ərazidə partlayış təhlükəsi ilə əlaqədar çirkab su quyusu ( şambo) qurulmasına icazə verilmədiyindən obyektin fəaliyyəti nəticəsində formalaşan çirkab suların şəhərin kanalizasiya xətti ilə axıdılmasından ötrü qoşulma uyğun şəkildə təmin edilmiş və bu barədə ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X2 məlumat verilmişdir. Bundan sonra ADSEA RSMX X11 Sistemləri İdarəsinin əməkdaşları gələrək qoşulmasnı ləğv etmiş və barəsində AR İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 “inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2025-ci il tarixli ******* saylı qərarı ilə 2500,0 manat cərimə edilmişdir. Halbuki, ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 sahibkarlıq fəaliyyətinin müvafiq qaydada yoxlanılmasından ötrü icazəsi olmamış və onun vəzifəli şəxs olmadığı nəzərə alınmamışdır. Ona görə də, ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X3 üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli ” inzibati xəta haqqında” protokol qanunsuz hesab edilməli və səlahiyyətli şəxsin “inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2025-ci il tarixli ******* saylı qərarı ləğv edilməlidir. ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1nümayəndəsi Nümayəndə1 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidməti ərazi üzrə suların istifadəsi və mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri çərçivəsində keçirilən monitorinq zamanı Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Çay bağı” restoranının fəaliyyəti nəticəsində formalaşan tullantı suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlar olmadan “Qaraçay” çayına axıdılması faktı aşkar edilmiş və sahibkar X6 ( VÖEN: **********) xx.xx.2025-ci il tarixli 3-53-1-12/2- 217/2025 saylı xəbərdarlıq göndərilərək ondan 10 gün müddətində axıntının kanalizasiya şəbəksinə qoşulması və ya divarları və dibi sukeçirməz olan çirkab su quyusu (şambo) qurulması üçün tədbir görülməsi tələb olunmuşdur. X8 pozuntunu aradan qaldırması barədə Bölməyə məlumat versə də, xx.xx.2025-ci il tarixdə əməkdaşlar tərəfindən əraziyə baxış keçirilərkən zamanı “Çay bağı” restoranının fəaliyyəti nəticəsində formalaşan tullantı sularının “Qaraçay” çayına eyni qaydada axıdılmaqda davam etdiyi müəyyən edilmişdir. Bundan sonra X8( VÖEN: **********) oğlu barəsində AR İXM-nin 264.0.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli ” inzibati xəta haqqında” protokol tərtib edilərək ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 “inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2025-ci il tarixli ******* saylı qərarı ilə 2500,0 manat cərimə edilmişdir. Monitorinq zamanı əməkdaşlar Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Çay bağı” restoranının ərazisinə daxil olmamış, X4 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti yoxlanılmamışdır. Ona görə də, şikayət əsassız hesab edilməlidir. Aşağıda göstərilənlərə görə hesab edir ki, şikayət təmin edilməlidir. ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X3 tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 3-53-1-12/2-217/2025 saylı xəbərdarlığın surətinə əsasən X6 ( VÖEN: **********) Qəbələ şəhərinin su obyektlərində, o cümlədən “Qaraçay” çayında keçirilən monitorinqlər zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərindən tullantı sularının müxtəlif koordinatlarda birbaşa axıdılması barədə bildirilmiş və ondan 10 gün müddətində axıntının kanalizasiya şəbəksinə qoşulması və ya divarları və dibi sukeçirməz olan çirkab su quyusu (şambo) qurulması üçün tədbir görülməsi tələb olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli 002450 nömrəli Aktın surətinə əsasən ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 xx.xx.2025-ci il tarixli 0029 saylı sərəncamına əsasən xidməti ərazi üzrə suların istifadəsi və mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri çərçivəsində keçirilən monitorinq zamanı Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Çay bağı” restoranının fəaliyyəti nəticəsində formalaşan tullantı suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlar olmadan “Qaraçay” çayına axıdılması faktı aşkar edilmiş və restoranın icarə müqaviləsi əsasında X8 (VÖEN: **********) tərəfindən idarə olunduğu müəyyən edilmişdir. Belə ki, eyni pozuntu ilə bağlı sahibkara xx.xx.2025-ci il tarixli 3-53-1-12/2-217/2025 saylı xəbərdarlıq göndərilərək göndərilərək ondan 10 gün müddətində axıntının kanalizasiya şəbəksinə qoşulması və ya divarları və dibi sukeçirməz olan çirkab su quyusu ( şambo) qurulması üçün tədbir görülməsi tələb olunmuş, X8 da pozuntunu aradan qaldırması və pbyektin kanalizasiya borusunun yaxınlıqdan keçən kanalizasiya şəbəkəsinə qoşulması barədə Bölməyə məlumat vermişdir. Bundan sonra X8 əraziyə dəvət olunaraq inzibati xətanın mahiyyəti bir daha izah edilərək ondan izahat alınmış və fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokolun surətinə əsasən X8 (VÖEN: **********) Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Çay bağı” restoranının fəaliyyəti nəticəsində formalaşan tullantı sularını zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlar olmadan “Qaraçay” çayına axıtmasına görə X8 (VÖEN: **********) barəsində AR İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İşdə olan ADSEA RSMX X11 Sistemləri İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 467 nömrəli məlumata əsasən Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Çay bağı” restoranının Qəbələ SMSİİ ilə tullantı sularına aid xidmət müqaviləsi yoxdur və həmin obyektə xidmət olunmur. İşdə olan Qəbələ rayon İH Qəbələ rayon MİKMK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 256 nömrəli məlumata əsasən Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Çay bağı” restoranının Qəbələ MİKMK SMSİİ ilə tullantı sularının daşınması ilə əlaqədar müqaviləsi yoxdur və həmin obyektə xidmət olunmur. İşdə olan Fiziki şəxsin Sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətinə əsasən X8 (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə fərdi sahibkar statusu ilə (VÖEN: **********) qeydiyyata alınmışdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. (Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X8 ( VÖEN: **********) Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Çay bağı” restoranını vəzifəli şəxs qismində idarə etmiş və obyektin fəaliyyəti nəticəsində formalaşan tullantı sularını zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlar olmadan “Qaraçay” çayına axıtmaqla Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 “inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2025-ci il tarixli ******* saylı qərarı xx.xx.2021-ci il tarixli ******* nömrəli qərarı X4 AR İXM-nin müvafiq maddəsi ilə tənbeh edilməsi qanunsuz olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 “inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2025-ci il tarixli ******* saylı qərarı qanuni hesab edilsin. Qərardan 10(on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-713/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-713/2025
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver