Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-72/2021 02.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1989-cu ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2021-ci il tarixdə mülki ov silahının daşınması və saxlanması qaydalarını pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTBnin sahə rəisi, polis leytnantı X2 göstərdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə mülki ov silahının daşınması və saxlanması qaydalarını pozmuşdur. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, Qəbələ rayonu Qəmərvan kəndində icarə əsasında kafe işlədir. xx.xx.2021-ci il tarixdə X3 adına olan atışa yararsız, işləməyən 12 kalibirli, 17-1266 nömrəli ov silahını obyektdə saxlamışdır. Polis əməkdaşları həmin silahı aşkar edərək götürmüşlər. Silahın sənədləri evdə olduğu üçün həmin vaxt silahın sənədlərini polis əməkdaşlarına təqdim edə bilməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş “Ov silahının saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə görə” 601 №-li şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli, cüt lüləli “xarici” markalı, 17-1266 nömrəli mülki of tüfəngi X4 məxsusdur. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin sahə nəfəri polis baş serjantı tərəfindən Qəbələ RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanlanmış xx.xx.2021-ci il tarixli Raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə İTB-nin polis nəfəri polis baş serjantı X7 rayonu Qəmərvan kəndində xidmətdə olarkən axşam saat təxminən 20:00 radələrində Qəmərvan kəndində yerləşən “Kənd Qəbələ” restoranına getmişlər, həmin yerdə olan avtomobil diqqətlərini çəkdiyi üçün və sürücünün özünü şübhəli aparması şübhələrini artırmış, avtomobilini saxlamış və özlərini təqdim edərək həmin vaxtı avtomobilin arxa oturacağında 2 ədəd ov silahı diqqətlərini çəkmişdir. Silahın sahibləri kimi özlərini təqdim edən Qəbələ rayonu Tikanlı kənd sakini X5 və Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Şəxs daha ətraflı araşdırma aparılması üçün 17-1266 və 109798 nömrəli silahları ilə birlikdə Qəbələ RPŞ-nə gətirmişlər. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Şəxs 01 (bir) ədəd 12 kalibrli cüt lüləli “xarici markalı”, 17-266 nömrəli mülki ov silahı saxlanılması üçün Qəbələ RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-nin 590.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olmalıdır. Belə ki, mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması o halda İXM-nin 590.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur ki, silahın saxlanılması, daşınması və ya satılması qaydalarının pozan şəxsin xüsusi icazə olsun. Lakin iş materialları ilə, barəsində inzibati icraat aparılan şəxs Şəxs xüsusi icazəsinin olması müəyyən olunmur. Əksinə, iş materialları ilə müəyyən olunur ki, mübahisəli silahla bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən X4 xüsusi icazə verilmişdir. İXM-nin 590.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi, hər hansı şəxsin həmin maddə ilə məsuliyyəti cəlb olunması üçün ilk növbədə onun həmin silaha dair xüsusi icazəsi olmalıdır. Hazırki halda Şəxs 12 kalibrli, cüt lüləli “xarici” markalı, 17- 1266 nömrəli mülki of tüfənginə xüsusi icazəsinin olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində İXM-nin 590.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə onu qeyd edir ki, Şəxs hərəkətlərində əslində İXM-nin 590.1-ci maddəsinin deyil, İXM-nin 590.2-ci maddəsinin tərkibi vardır. Lakin Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən səhvən Şəxs hərəkətləri İXM-nin 590.1-ci maddəsi kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs 12 kalibrli, cüt lüləli “xarici” markalı, 17-1266 nömrəli mülki of tüfənginə xüsusi icazəsi olmadığından onun İXM-in 590.1-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-72/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-72/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver