Məhkəmə qərarları › İş №3(025)-72/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-72/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-72/2022 23.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 4-cü tağımından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 14.12.2021-ci il tarixdə saat 18:00 radələrində “OPEL ASTRA” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən 56-cı kilometrliyində üzü İsmayıllı istiqamətində hərəkətdə olarkən yolu soldan sağa keçən piyada, 2013-cü il təvəllüdlü X5 vurmuşdur. Nəticədə X1 yüngül zərər vuran bədən xəsarətləri almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru Rauf Tağıyevin 12 yanvar 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin YPXA 4-cü tağımın polis serjantı X10 tərəfindən 31 yanvar 2022-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 14 dekabr 2021-ci il tarixdə saat təxminən 18.00 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Vəndam qısıbısi ərazisindən keçən 56-cı klometirliyində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar onu deyə bilər ki, həmən gün idarə etdiyi Opel Astra markalı **-BV-***dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ rayonuna Vəndam mərkəzinə gedirdi. Avtomobili o, özü idarə edirdi və avtomobildə ondan başqa heç kim yox idi. Qararnəryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən 56-cı klometirliyində üzü İsmayıllı istiqamətinə saatda 40 kilometr sürətlə hərəkətdə idi. Ani anda 1- 2 metr məsafədən əks hərəkət zolağı ilə üzü Qəbələ istiqamətinə hərəkətdə olan avtomobilin arxasından iki uşaqın qaça-qaça onun hərəkət zolağına çıxaraq yolun sol tərəfidən sağına keçmək istədiyini gördü. O, tez əyləcə basaraq həmin uşaqları vurmamaq üçün avtomobili dayandırmağa çalışdı. Lakin uşağın biri qaçıb keçdi digərini isə hərəkət zolağında idarə etdiyi Opel Astra markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qanadı ilə vurdu. Bu zaman uşaq yerə yıxıldı. O, tez avtomobildən yerə düşərək uşağı öz avtomobilinə qoyaraq Qəbələ rayon DM-nə apardı. Xəstəxanada bildi ki, həmin adam Qəbələ rayon Vəndam qəsəbəsində yaşayan Zərərçəkmiş şəxsdur. Xəstəxanada uşağı müayinə etdilər və ciddi bir xəsarətin olmadığını bildirdilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə izahatında göstərmişdir ki, 14 dekabr 2021-ci il tarixdə 14.30 radələrində X11 oxuduğu məktəbdə şahmat dərnəyinə getmişdi. Saat 16.00 radələrində dərnəkdən çıxıb evə gedirdi. Qaraməryam- İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən 56-cı kilometırində üzü İsmayıllı istiqamətinə yolu soldan sağa qaçaraq keçərkən, Qəbələ istiqaməti ilə üzü İsmayıllı istiqamətinə hərəkətdə olan Opel Astra markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və həmən avtomobil onu hərəkət zolağında vurdu. X7 vurarkən o, özündə olmamışdır. Lakin onu avtomobilə qoyub apararkən ayılmışdır. Sonra Şəxs onu Qəbələ rayon DM-nə apardı. X3 hadisə nəticəsində yüngül xəsarət almış və Qəbələ rayon DM-də müayinə olunaraq həmin gün evə buraxılmışdır. Şəxs xəstəxana xərclərini qarşılamaqda ona maddi dəstək göstərişdir. Həmçinin Qanuni nümayəndə yazılı ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş aparılan Şəxs ilə hal-hazırda barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-a məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin YPXA 4-cü tağımın polis serjantı X10 tərəfindən tərtib edilən 31 yanvar 2022-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokolla və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini və onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar