Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-72/2023 23.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ Rayon İcra və probasiya şöbəsinin icra məmuru (probasiya üzrə) X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxx 1974-cü il tarixdə Qəbələ rayonu Zirik kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Zirik kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru (probasiya üzrə) A.F.Həsənovanın tərtib etdiyi 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 3(025)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 240 saat ictimai işlər növündə tənbehi icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin 3(025)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs 240 saat ictimai işlər növündə cəza təyin edilmişdir. Borcluya icraata başlama haqqında qərar və bildiriş təqdim olunmuşdur. Borclu izahatında qərəzli olaraq ictimai işlər növündə cəzayı icra etməyəcəyini bildirmişdir. Nəticədə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Qəbələ Rayon İcra və probasiya şöbəsinin icra məmuru (probasiya üzrə) X4 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişi alsa da, icra sənədi üzrə borcu icra etməmiş, icra sənədinin icrasından qərəzli yayınmış, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Nəticədə Cumayev X1 işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmışdır. Qeyd edilənlərlə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs özünü İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, icra məmuru tərəfindən ona ictimai işlər cəzasının hansı formada icra ediləcəyi izah edilməmişdir. Həmçinin hüquq və vəzifələri də bildirilməmişdir. O, ictimai işlər cəzasın icra edərsə, Qəbələ rayonu ərazisindən çıxa bilməyəcəyini düşünmüşdür. Bu səbəbdən həmin cəzanı icra etməmişdir. Həmçinin əgər bilsəydi ki, həmin cəzanı icra etməsə, 3 aya qədər həbs oluna bilər, bu zaman mütləq həmin cəzanı icra edərdi. Ona icra məmuru tərəfindən kağızlar təqdim edilmiş və həmin kağızlara qol çəkməli olduğu bildirilmişdir. Kağızları oxumayaraq qol çəkmiş, lakin kağızda yazılanlar ona izah edilməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Vəliyyədin oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə prosesində borclu Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırması məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçısının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmamışdır. Belə ki, məhkəmə zamanı müəyyən edilmişdir ki, icra məmuru tərəfindən Şəxs hüquq və vəzifələri ətraflı şəkildə izah edilməmiş, cəzanı hansı formada və necə həyata keçiriləcəyi bildirilməmiş, cəzanı icra etməkdən boyun qaçırdığı halda onu hansı məsuliyyətin gözləyəcəyi, yəni inzibati həbs olunacağı bildirilməmişdir. Beləliklə, Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə- üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, həmin maddə ilə məsuliyyətin yaranması üçün ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırma halları olmalıdır. Lakin hazırkı halda isə müəyyən edilir ki, Şəxs ictimai işlər növündə cəzanın çəkilmə şərtləri, o cümlədən cəzasını çəkməkdən imtina etdiyi təqdirdə hansı məsuliyyət daşıması icra məmuru tərəfindən əsaslı şəkildə izah edilmədiyindən, onun ictimai işlər növündə cəzanı çəkməkdən boyun qaçırması kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırması kimi hallar mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 529.4-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-72/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-72/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver