Məhkəmə qərarları › İş №3(025)-720/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-720/2025

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-720/2025 19.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 nümayəndələri, Nümayəndə1 və Nümayəndə3 iştirakı ilə, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» 05 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli, MN1897616 saylı qərarı ilə X3 (VÖEN: **********) Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən “Okean” şadlıq sarayının fəaliyyəti nəticəsində formalaşan tullantıların qaz-toz tutucu qurğudan keçmədən ətraf mühitə buraxılmasına görə AR İXM-nin 237.2ci maddəsi ilə 3600,0 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs X3 məhkəməyə verib AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» 05 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində «inzibati tənbeh tətbiq etmə haqqında» qərar qəbul edilmiş şəxsin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən “Okean” şadlıq sarayında iaşə fəaliyyəti prosesində formalaşan tullantı qazların təmizlənməsindən ötrü xüsusi avadanlıq (qaz-toz tutucu qurğu) quraşdırılmış və AR ETSN “Xəzər” Monitorinq Agentliyi tərəfindən qeydə alınıb hər il müvafiq qaydada yoxlanılaraq Rəy verilmişdir. 2025-ci ilin noyabr ayında həmin qurğu xarab olduğu üçün tüstü bacasından ayrılmış və bu səbəbdən “Okean” şadlıq sarayında hər hansı bir tədbir keçirilməmişdir. AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “ətraf mühitin mühafizəsi sahəsində pozuntunun aradan qaldırılması barədə” xx.xx.2025-ci il tarixli Ekoloji tələbninə vaxtından qabaq əməl olunmuş və xx.xx.2025-ci il tarixdə sıradan çıxmış qaz-toz tutucu qurğu yenisi ilə əvəz edilmişdir. xx.xx.2025-ci il tarixdə “Okean” şadlıq sarayında hər hansı bir tədbir keçirilmədiyindən manqalxana işləməmiş və vergitutma predmeti qeydə alınmamışdır. AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin gün “Okean” şadlıq sarayında olmamış və iaşə fəaliyyəti qeydə alınmamışdır. Ona görə də, X3 (VÖEN: **********) barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli ” inzibati xəta haqqında” protokol qanunsuz hesab edilməli və səlahiyyətli şəxsin “inzibati tənbeh tətbiq etmə haqqında" 05 dekabr 2025-ci il tarixli, MN ******* saylı ləğv edilməlidir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidməti ərazi üzrə ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri çərçivəsində keçirilən monitorinq zamanı Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən “Okean” şadlıq sarayının fəaliyyəti nəticəsində formalaşan tullantıların qaz-toz tutucu qurğudan keçmədən ətraf mühitə buraxılması faktı aşkar edilmiş, sahibkar X2 (VÖEN: **********) xx.xx.2025-ci il tarixli Ç- MG/4525-037 saylı “ətraf mühitin mühafizəsi sahəsində pozuntunun aradan qaldırılması barədə” Ekoloji tələb göndərilərək ondan 15 gün müddətində sarayın manqalxanasında qaz-toz tutucu təmizləyici qurğunun quraşdırılması üçün tədbir görülməsi tələb olunmuş və barəsində AR İXM-nin 237.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli ” inzibati xəta haqqında” protokol tərtib edilərək AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» 05 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə inzibati qaydada tənbeh olunmuşdur. Monitorinq zamanı əməkdaşlar Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən “Okean” şadlıq sarayının ərazisinə sahibkarlıq obyektini idarə edən şəxsin icazəsi ilə daxil olmuş və X1 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti yoxlanılmamışdır. Akar edilən pozuntunu müvafiq qaydada aktlaşdırmış və fotoşəkillər çəkərək protokola əlavə edilmişdir. Ona görə də, şikayət əsassız hesab edilməlidir. İşdə olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Ç-MG/4525-037 saylı “ətraf mühitin mühafizəsi sahəsində pozuntunun aradan qaldırılması barədə” Ekoloji tələbin surətinə əsasən X2 (VÖEN: **********) Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən “Okean” şadlıq sarayının manqalxanasında 15 gün müddətində qaz-toz tutucu təmizləyici qurğu quraşdırılmasının təmin olunması tələb olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli 94035 nömrəli Aktın surətinə əsasən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli 0116 saylı sərəncamına əsasən xidməti ərazi üzrə ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri çərçivəsində keçirilən monitorinq zamanı Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən “Okean” şadlıq sarayının fəaliyyəti nəticəsində formalaşan tüstünün ətraf mühitə buraxılması müşahidə edilmiş və sarayın manqalxanasına baxış zamanı tüstünün qaz-toz tutucu təmizləyici qurğudan keçmədən tüstü bacasından birbaşa ətraf mühitə buraxıldığı məlum olmuşdur. Obyektin nümayəndəsi sarayın qaz-toz tutucu qurğusu sıradan çıxdığı üçün tüstü bacasından ayrıldığını təsdiq etmiş, lakin izahat verməkdən imtina etmişdir. Aşkar edilmiş fakta dair fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokolun surətinə əsasən Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən “Okean” şadlıq sarayının fəaliyyəti nəticəsində formalaşan tullantıların qaz-toz tutucu qurğudan keçirilmədən ətraf mühitə buraxılmasına görə X3 (VÖEN: **********) barəsində AR İXM-nin 237.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanununun 71-ci maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. Həmin Qanunun 7-ci maddəsinin 2.1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanları qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış ola bilər. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən AR qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 4.2.2-ci maddəsinə əsasən yoxlamalar sahibkarın təqsirsizlik prezumpsiyası əsasında aparılır. Həmin Qanununun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və obyektiv məlumatın əldə olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən “Okean” şadlıq sarayının fəaliyyəti ilə əlaqədar AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2025ci il tarixdə keçirilən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş şəxsin təqsirli olması barə şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının (AR Prezidentinin müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (AT Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi), habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla,ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 237.2-ci maddəsinə əsasən ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə-meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən “Okean” şadlıq sarayının fəaliyyəti ilə əlaqədar AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından hüquqi nəticə doğurmur və toplanmış materiallar qanuna zidd yolla əldə edildiyindən qəbul edilmir. Ona görə də, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» 05 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və X3 (VÖEN: **********) barəsində AR İXM-nin 237.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş («inzibati xəta haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol) üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» 05 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin. X3 (VÖEN: **********) barəsində AR İXM-nin 237.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş («inzibati xəta haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol ) üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar