Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-723/2025 26.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X10 Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1994-cü ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, Musabəyov küçəsi ev 9-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2025-ci il tarixdə, saat 18:20 radələrində Qəbələ RPŞ-nin qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və hadisə yerinə gələn polis əməkdaşlarının sakitliyə riayət olunması haqqında qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o,ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır və heç yerdə işləmir. xx.xx.2025-ci il tarixdə, saat 18-20 radələrində evdə olarkən spirtli içki qəbul etmiş və maddi yardım almaq məqsədilə Qəbələ rayon Polis şöbəsinə gələrək nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıb şöbənin rəis müavini ilə görüşmək istədiyini bildirmiş, lakin qapı postunda xidmətdə olan əməkdaşı ona rəis müavinin iclasda olduğunu bildirərək başqa vaxt gəlməsini təklif etmişdir. O, sprirtli içkinin təsiri altında olduğu üçün nəzrət-buraxılış məntəqəsindən çölə çıxmış və uca səslə nalayiq ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları gəlmiş, onunla profilaktiki söhbətlər aparmış və onu polis şöbəsinə gətirmişlər. Həmin vaxt o, polis əməkdaşları ilə kobud rəftar etməmiş, onlara tabesizlik göstərməmiş və ayıldıqdan sonra əməlindən peşman olmuşdur. İş üzrə şahid X3 izahatında göstərmişdir ki, Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin polis serjantı vəzifəsində işləyir və xx.xx.2025-ci il tarixdə polis nəfəri X4 ilə birlikdə Qəbələ rayon Qəbələ rayon Polis şöbəsinin nəzarət-buraxılış məntəqəsində xidmətdə olmuşlar. Həmin gün saat təxminən 18:20 radələrində bir nəfər (Şəxs) sərxoş vəziyyətdə nəzarət-buraxılış məntəqəsinə yaxınlaşmış və maddi yardın almaq məqsədilə şöbənin rəis müavini ilə görüşmək istədiyini bildirmişdir. Ona rəis müavinin iclasda olduğunu bildirərək başqa vaxt gəlməsini təklif etmiş, lakin o, getmək istəməyərək gözləmiş və sonra Qəbələ RPŞ-nin giriş qapısının qarşısına çıxaraq səs-küy salıb nalayiq ifadələr işlətmişdir. Onunla profilaktiki söhbətlər aparıb sakitləşdirməyə çalışsalar da, nəticəsi olmamış, ondan nalayiq ifadələr işlətməməsini tələb edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hərəkətlərinə davam etmişdir. Bundan sonra Şəxsun hərəkətləri barədə Qəbələ RPŞ-nin Növbətçi Hissəsinə məlumat vermiş və onu bir təhər sakitləşdirərək barəsində qanuni tədbir görülməsi məqsədilə Növbətçi Hissəyə təhvil vermişlər. İş üzrə şahid Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 şahid X2 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 430 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən həmin tarixdə, saat 19:09 radələrində müayinə olunan Şəxs yüngül dərəcəli sərxoşluq (0,6 pr.m) aşkar edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Şəxs müayinə olunarkən alkoqol qəbul etdiyini etiraf etmişdir. İşdə olan xx.xx.2025-ci tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin gün saat 21:36-da inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə , saat 18:20 radələrində Qəbələ rayon Polis şöbəsinin qarşısında ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Həmin tarixdə Qəbələ RPŞ-nin konkret olaraq hansı polis əməkdaşının ictimai qaydanı mühafizə vəzifələrini icra etməsi, Şəxs həmin polis əməkdaşının nə kimi qanuni tələblərinə tabe olmadığı və tutulduğu halda necə tabesizlik göstərdiyi müəyyən deyil. Şəxs hərəkətləri AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri ilə əhatə olunmur. Ona görə də,o, AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X5 adında uşağı vardır. Şəxs himayəsində bir nəfər azyaşlı uşağı olması və hərəkətlərinə görə səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməli və cəzanın həddi müəyyən edilərkən məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 112, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 04 (dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 25 dekabr 2025-ci il tarixdən saat 21:36-dan hesablansın. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-723/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-723/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver