Məhkəmə qərarları › İş №3(025)-724/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-724/2025

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-724/2025 13.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi ilə, Şəxs MMC barəsində AR İXM-nin 539.3-cü maddəsi ilə olan «inzibati xəta haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında iş üzrə icraat materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs MMC barəsində AR İXM-nin 539.1-1-ci maddəsi ilə ondan ötrü «inzibati xəta haqqında» iş üzrə (xx.xx.2025-ci il tarixli MN ******* nömrəli «inzibati xəta haqqında» protokol üzrə) icraat başlanmışdır ki, X2 müraciəti ilə bağlı göndərilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/1-S- 72832/2025 nömrəli sorğu məlumatında qeyd olunan sənədlərin AR ƏƏSMN DƏMX-nin Şəki- Zaqatala Regional şöbəsinə təqdim edilməsi təmin edilməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 3-17-5/2-105648/2025 saylı məktubun surətinə əsasən AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsi tərəfindən Şəxs MMC-yə vətəndaş X2 xx.xx.2025-ci il tarixli 3-17-5/1-S-72832/2025 nömrəli müraciətinə münasibət bildirilməsi və müvafiq sənədlərin (yazılı əmək müqaviləsinin surəti, (elektron formada imzalanmış müqavilələr istisna olmaqla), kollektiv müqavilə (olduğu təqdirdə), qeyd olunn tarixlər aralığında əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, X1 müraciət və HİT-nın razılığı), qeyd olunan tarixlər aralığında son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, işdən azad edildiyi aylarda iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu) 7 iş günü ərzində təqdim edilməsi haqqında sorğu göndərilmiş, eyni zamanda AR İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 539.3-cü maddəsinə əasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC (Hüquqi ünvan: ünvan 1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar