Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-73/2021 17.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən materialları nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və inzibati xətalar qanunvericiliyin tələblərinin pozulması halları aşkar olduğundan, təqdim olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin məzmunundan aydın olur ki, burada subyekt mülki silahın saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxsdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, 16 kalibrli “Toz” markalı, 109798 saylı, cüt lülə ov silahının istifadəsi üçün X1 Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən L-43 saylı Şəhadətnamə verilmişdir. İş materiallarında barəsində protokol tərtib edilmiş şəxs Şəxs adına həmin mülki ov silahından istifadəyə dair Şəhadətnamə mövcud deyil. Lakin Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş və məhkəməyə göndərilmiş protokoldan görünür ki, Şəxs 16 kalibrli “Toz” markalı, 109798 saylı, cüt lülə ov silahının saxlanması və daşınması qaydalarını pozmuşdur və bu səbəblə onun barəsində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəyə əsasən protokol tərtib edilmişdir. Şəxs mülki ov silahının istifadəsi üçün müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadığı və əməlinin Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tövsif edilməli olduğu nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın diqqəti İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə əməl olunmasına cəlb edilsin. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-73/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-73/2021
17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver