Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-73/2022 24.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi Qəbələ rayon prokurorunun köməkçisi X6 və barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyət Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi İİİ dərəcəli dövlət müşaviri Elnur Musayev X1054İX-22 saylı material üzrə 03 fevral 2022-ci il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərmişdir. Qeyd edilən inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC (VÖEN **********) onun adından qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs MMC-nin direktoru X8 07.12.2021-ci il tarixdə “Yerin təki haqqında” qanunun 9, 10, 21-ci maddələrin tələblərinə riayət etməli olduğu halda, həmin qanunun tələblərini pozaraq, 07.12.2021-ci il tarixdə Qəbələ rayonunda yerləşən “Həmzəliçay” qum-çınqıl yatağında 450 kv.m ərazidə 0.8 metr orta istismar dərinliyində 360 kub. metr həcmində qum-çınqıl hasilatı apararaq icazəsiz yerin təkindən istifadə etmişdir Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi Qəbələ rayon prokurorunun köməkçisi X9 izahatında göstərmişdir ki, hüquqi şəxs Şəxs MMC (VÖEN **********) onun adından qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs MMC-nin direktoru X8 07.12.2021-Cj il tarixdə “Yerin təki haqqında” qanunun 9, 10, 21-ci maddələrin tələblbrinə riayət etməli olduğu halda həmin qanunun tələblərini pozaraq 07.0j1.2022-ci il tarixdə Qəbələ rayonunda yerləşən “Həmzəliçay” qum-çınqıl yatağında 450 kv.m ərazidə 0.8 metr orta istismar dərinliyində 360 kub. metr həcmində qum-çınqıl hasilatı apararaq icazəsiz yerin təkindən istifadə etmiş, bununla da Azərbaycan Respublikası İXMnin 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə həmin MMC inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar, baxış protokolu, X8, X4 izahatı və 07.12.2021-ci il tarixli 000495 nömrəli aktla təsdiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb və əsas, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat və həmin məlumat əsasında aparılmış yoxlama zamanı Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulan xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və baxılması üçün aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonda isə, məhkəmədən Şəxs MMC haqqında inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyət Cəmiyyətinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs MMC 2018-ci il tarixdə X8 tərəfindən təsis edilmişdir. X11 Şəxs MMC-yə rəhbərlik edir. Şəxs MMC-nin fəaliyyət istiqaməti tikinti materiallarının satışından ibarətdir. 2021-ci ilin dekabr ayında Qəbələ rayon icra hakimiyyətindən müraciət olundu ki, MMC-nin fəaliyyəti nəticəsində çirklənmiş sahələri təmizləyib abadlaşdırsınlar. Bunun üçün Cavid Babayev MMC-nin rəhbəri kimi tapşırmışdır ki, yola tökülməsi üçün 1 KAMAZ qum-çınqıl təşkil olunsun. 07.12.2021-ci il tarixdə "xxxx" qum-çınqıl yatağından qum-çınqıl toplanıb MMC-yə gətirilmiş, yolun təmirində istifadə olunmuşdur. Bir daha belə qanun pozuntularına yol verilməyəcək. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X1 tərəfindən 07 dekabr 2021-ci il tarixdə tərtib olunmuş 000495 saylı aktdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 07 dekabr 2021 -ci il “Həmzəliçay” qum-çınqıl yatağında baxış keçirilən zaman çay üzərindəki körpüdən təxminən 25-30 metr məsafədə Şəxs MMC tərəfindən müvafiq icazə sənədi - “Dağ-mədən ayırması” Aktı olmadan qum-çınqıl hasilatının aparılması aşkar edildi. İstismar işləri aparılan sahədə 1 ədəd “10-V-764” dövlət qeydiyyat nömrəli VOLVO BL61B markalı ekskavator ilə qum-çınqıl xammalının **-BJ-*** dövlət qeydiyyat nömrəli Kamaz markalı ağır tonnajlı yük avtomobilinə yığılaraq daşınması müşahidə edildi. Ekskavatorun sürücüsü olan, adının Tərlan olduğunu bildirən və Şəxs MMC-nin işçisi olduğunu qeyd edən şəxs istismar işlərinin sözügedən MMC tərəfindən aparıldığın şifahi olaraq bildirdi. Daha sonra məsul şəxs kimi MMC-nin direktoru X5 telefon nömrəsini (***-***-**-**) təqdim etdi. Qeyd olunan nömrə ilə əlaqə saxlanıldı və baxışda iştirak edilməsi, eyni zamanda qanunsuz istismar işləri ilə bağlı müvafiq izahat verilməsi bildirildi. Lakin sözügedən şəxs Bakı şəhərində olduğundan baxışda iştirak edə bilməyəcəyini, texnikaların Şəxs MMC-yə məxsus olduğunu və istismar işlərinin onlar tərəfindən aparıldığını bildirdi. Ölçü işləri aparıldı və müəyyən olundu ki, təxminən 450 m2 sahədə orta istismar dərinliyi 0.8 metr olmaqla 360 m3 həcmində qum-çınqıl hasilatı aparılmışdı. Nəticə fiziki şəxs Nizamı Abdullayev müvafiq icazə sənədi olmadan körpüdən təhlükəli məsafədə qanunsuz qum-çınqıl hasilatı aparır və bununla “Yer təki haqqında” Azərbaycan Respublikasının Qanunun 9, 10, 11, 21, 46-cı maddəsinin və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinin tələbləri pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “Yer təki haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən yer təki istifadəçilərinin vəzifələri aşağıdakılardır: • Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi; • yer təkinin geoloji öyrənilməsi, mineral-xammal ehtiyatlarından kompleks istifadə; • yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması; • geoloji məlumatların dövlət geoloji informasiya fonduna təqdim edilməsi; • emal məhsullarından və tullantılarından tam istifadə olunması, faydalı komponentlər saxlayan və müvəqqəti istifadə edilməyən istehsal məhsullarının və tullantılarının yığılmasının, uçotunun və qorunmasının təmin edilməsi; • kəşf olunmuş, çıxarıla bilən və yerin təkində qalan faydalı qazıntıların və onların tərkibində olan komponentlərin ehtiyatları, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan başqa məqsədlərlə yerin təkindən istifadə haqqında məlumatların dövlət geoloji informasiya fonduna təqdim edilməsi; • yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi; • yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi; • yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi; • faydalı qazıntı yataqlarının işlənməsi və başqa təsərrüfat məqsədləri üçün istifadəsi mümkün olan kəşfiyyat dağ-mədən qazmalarının və buruq quyularının saxlanılması; • istifadəsi mümkün olmayan dağ-mədən qazmalarının və buruq quyularının müəyyənləşdirilmiş qaydada konservasiya və ya ləğv edilməsi; • icazə ilə müəyyənləşdirilmiş şərtlərin yerinə yetirilməsinin, yerin təkindən istifadə üçün ödənişlərin vaxtında və düzgün verilməsinin təmin edilməsi. Müvafiq fəaliyyət növünün həyata keçirilməsi (geoloji planaalma, faydalı qazıntıların axtarışı, kəşfiyyatı, müxtəlif üsullarla çıxarılması, yeraltı qurğuların tikintisi və istismarı, yerin təkindən istifadənin başqa növləri) üçün yer təki istifadəçilərinin xüsusi ixtisasını və təcrübəsini təsdiq edən sənədi (diplom, şəhadətnamə) olmalıdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Həmin qanunun 21-ci maddəsinə əsasən yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər aşağıdakılardır: • Yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi; • yer təkinin geoloji öyrənilməsi, səmərəli və kompleks istifadəsi və mühafizəsinin dolğunluğunun təmin edilməsi; • faydalı qazıntı ehtiyatlarının qiymətləndirilməsi və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadəyə verilən yer təki sahəsinin xüsusiyyətlərini təyin edəcək qabaqlayıcı geoloji və geoekoloji işlərin aparılması; • yer təkinin geoloji öyrənilməsi və ondan kompleks istifadəni təmin etmək məqsədilə hər bir faydalı qazıntı yatağı üzrə kondisiyaların müəyyən edilməsi; • faydalı qazıntı ehtiyatlarının, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilən yer təki sahələrinin dövlət ekspertizasının və dövlət uçotunun aparılması və s Bu maddənin tələbləri pozularsa yerin təkindən istifadə üçün verilmiş hüquq qanunvericiliyə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dayandırıla və ya ləğv edilə bilər Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, səlahiyyətli orqan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) onun adından qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs MMC-nin direktoru X8 07.12.2021-ci il tarixdə “Yerin təki haqqında” qanunun 9, 10, 21-ci maddələrin tələblərinə riayət etməli olduğu halda həmin qanunun tələblərini pozaraq 07.12.2021-ci il tarixdə Qəbələ rayonunda yerləşən “Həmzəliçay” qum-çınqıl yatağında 450 kv.m ərazidə 0.8 metr orta istismar dərinliyində 360 kub. metr həcmində qum-çınqıl hasilatı apararaq icazəsiz yerin təkindən istifadə etmişdir. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 390, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyət Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-73/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-73/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver