Məhkəmə qərarları › İş №3(025)-73/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-73/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-73/2023 23.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzbati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X6, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1969-cu il martın 03-də Qəbələ rayonu Corlu kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Corlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru R.S.İbadovun tərtib etdiyi 23 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-271/2010 nömrəli, 11 oktyabr 2010-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-271/2010 nömrəli, 11 oktyabr 2010-cu il tarixli icra sənədinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-102 G saylı şəhadətnamə ilə iddiaçı Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,30 hektar torpaq sahəsinin 0,38 hektar torpaq sahəsi üzərində cavabdehlər Şəxs, X7 və onların digər ailə üzvləri tərəfindən pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehlər Şəxs, X7 və onların ailə üzvlərinin həmin torpaq sahəsindən məcburi çıxarılaraq torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadə olunmasında cavabdehlər və onların ailə üzvləri tərəfindən törədilən maneələrə son qoyulması, iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətindəki 1,30 hektar torpaq sahəsinin 0,38 hektar torpaq sahəsində yerləşən findıq, qoz və şabalıd ağaclarından cavabdehlərin qanunsuz olaraq son üç ildə yığdıqları məhsulun dəyəri 1442 (bir min dörd yüz qırx iki) manat məbləğində pulun cavabdehlər Şəxs və X3 müştərək qaydada alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2010-cu il tarixdə verilmiş və xx.xx.2011-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borclulara bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, hazırkı dövrə qədər icra sənədi təmin edilməmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişi alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2014-cü il tarixli 8(025)-143/2014 nömrəli qərardadına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-271/2010 nömrəli, 11 oktyabr 2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar Zərərçəkmiş şəxs tərəfindən sözügedən qərardaddan şikayət verilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(025)-98/2022 nömrəli qərardadına əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)-271/2010 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2014-cü il tarixli 8(025)-143/2014 nömrəli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərardadın ləğv edilməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)- 271/2010 saylı icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Halhazırda Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-271/2010 nömrəli, 11 oktyabr 2010-cu il tarixli icra sənədini icra etməyəcəyini bildirir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib etmişdir. Tələbkar isə icra sənədinin icra olunmasında israrlıdır. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-271/2010 nömrəli, 11 oktyabr 2010-cu il tarixli qətnaməsində boşaldılması tələb edilən yer əslində onun ərazisidir. Bu səbəbdən icra sənədinin icrasına razı deyildir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi - Qəbələ rayon Vəkil bürosunun vəkili X1 Nadir İsmayıl oğlunun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-271/2010 nömrəli, 11 oktyabr 2010-cu il tarixli icra sənədi üzrə icra sənədinin icrasına şərait yaratmır. Sözügedən icra sənədinin icra olunmasını məhkəmədən xahiş edir. Məhkəmə prosesində borclu Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: - Qəbələ Rayon Məhkəməsinin 2(025)-271/2010 nömrəli, 11 oktyabr 2010-cu il tarixli icra sənədinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-102 G saylı şəhadətnamə ilə iddiaçı Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,30 hektar torpaq sahəsinin 0,38 hektar torpaq sahəsi üzərində cavabdehlər Şəxs, X7 və onların digər ailə üzvləri tərəfindən pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehlər Şəxs, X7 və onların ailə üzvlərinin həmin torpaq sahəsindən məcburi çıxarılaraq torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadə olunmasında cavabdehlər və onların ailə üzvləri tərəfindən törədilən maneələrə son qoyulması, iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətindəki 1,30 hektar torpaq sahəsinin 0,38 hektar torpaq sahəsində yerləşən findıq, qoz və şabalıd ağaclarından cavabdehlərin qanunsuz olaraq son üç ildə yığdıqları məhsulun dəyəri 1442 (bir min dörd yüz qırx iki) manat məbləğində pulun cavabdehlər Şəxs və X3 müştərək qaydada alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2014-cü il tarixli 8(025)-143/2014 nömrəli qərardadından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-271/2010 nömrəli, 11 oktyabr 2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(025)-98/2022 nömrəli qərardadından görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)- 271/2010 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2014-cü il tarixli 8(025)-143/2014 nömrəli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərardadın ləğv edilməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)- 271/2010 saylı icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. - Eyni zamanda icra işində olan Şəxs izahatından görünür ki, sonuncu, Qəbələ Rayon Məhkəməsinin 2(025)-271/2010 nömrəli, 11 oktyabr 2010-cu il tarixli icra sənədini heç vaxt icra etməyəcəyini bildirmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə tələbi tam yerinə yetirməmiş, eyni zamanda həm icra məmuru tərəfindən izahatı alınarkən, həm də məhkəmə iclasında icra sənədini icra etməyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə razı olmaması, mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olması barədə dəlilləri qəbuledilən hesab edilə bilməz. Həmin dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-271/2010 nömrəli, 11 oktyabr 2010-cu il tarixli qətnaməsi qanuni qüvvəsindədir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs icra sənədinin icrasını təmin etmədiyini, şəxsiyyətini, yaşını, nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörd birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 23 fevral 2023-cü il saat 15:30-dan hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar