Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-73/2025 07.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, hakim Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1992-ci ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, 28 May küçəsi, ev 12-də qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş AR İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2025-ci il tarixli MN 2291687) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, Zərərçəkmiş şəxs məxsus olan ticarət mağazasından 200,0 manat dəyərində avtomobil ehtiyyat hissələri almış və ödəmə etməkdən imtina edərək mənimsəmə yolu ilə maddi ziyan vurmuşdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qəbələ rayon Zarağan-2, M.Abduyev küçəsində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O özünə məxsus Opel markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşqul olur və gündə 5-6 manat qazanaraq ailəsini saxlayır. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus olan Qəbələ şəhərində yerləşən avtomobil ehtiyyat hissələrinin satışı mağazasına gedərək ümumlikdə 176,0 manat dəyərində avtomobil ehtiyyat hissələri almış və pulunun avtomobildə qaldığını, ehtiyyat hissləri ustaya verdikdən sonra pulu görütüb ödəniş edəcəyini bildirərək getmiş, lakin pulu olmadığı üçün geri qayıtmamışdır. Bundan sonra Vüqar ona bir necə dəfə zəng edərək pulu tələb etmiş, ona bir necə günə pulu tapıb verəcəyini bildirmiş, lakin pul tapa bilməmiş və borclu qalmışdır. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayon Zarağan kəndində yaşayır və Qəbələ şəhərində yerləşən mağazada avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə mağazada olan zaman bir nəfər şəxs müştəri qismində yaxınlaşmış və özünü Elçin adı ilə təqdim edərək atasına məxsus VAZ 2106 markalı avtomobil üçün ehtiyyat hissləri istəmiş və ümumilikdə 170 manat dəyərində ehtiyyat hissləri alaraq pulunun avtomobildə qaldığını, ehtiyyat hissələrini avtomobil təmiri ustasına verib pulu avtomobildən götürüb 15 dəqiqəyə gələcəyini bildirərək getmişdir. Təxminən bir saat sonra həmin şəxs geri qayıtmış, mağazadan 34 manat dəyərində yağ almış və Bum qəsəbəsinə müştəri aparıb qayıtdıqdan sonra borcunu ödəyəcəyini deyərək getmiş, lakin daha qayıtmamışdır. Bundan sonra o, soraqlaşaraq həmin şəxsin Qəbələ rayon Zarağan-2 ünvanında yaşayan Şəxs olduğunu öyrənmiş və ona dəfələrlə zəng edərək borcunu ödəməsini tələb etmiş, lakin Əjdər hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməmişdir. xx.xx.2025-ci il tarixdə o, Qəbələ RPŞ-nə gələrək şikayət etmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2015ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adında uşaqları vardır. Himayəsində iki azyaşlı uşağı olması Şəxs məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq Şəxs barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs zərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 80,0 (səksən) saat müddətinə ictimai işlərə cəlb edilsin. İctimai işlərin yerinə yetirilməsi gün ərzində 4 (dörd) saat müddətinə müəyyən edilsin. Şəxs ictimai işləri yerinə yetirdiyi yerlərdə üzərində elektron vasitə gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İctimai işlərin çəkilməsinin əvvəli işlərin görülməsinə başlandığı andan hesablansın. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-73/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-73/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver