Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-8/2021 07.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1991-ci ildə Qəbələ rayonu, Ovcullu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Ovcullu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 351-1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Qəbələ rayon Qaradeyin kəndində qaynı Zərərçəkmiş şəxs məxsus minik avtomobilinə daş ataraq sonuncuya 230 manat maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 351-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X2 göstərdi ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayon Qaradeyin kənd sakini Zərərçəkmiş şəxs Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə yeznəsi Şəxs ona məxsus “Vaz-2107” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə daş ataraq avtomobilin arxa şüşəsini sındırması və sağ arxa qapısını əzməsi, nəticədə ona təxminən 200 manat maddi ziyan vurması, eləcə də bacısı Sevdanı sözlə öldürməklə hədələməsi barədə məlumat vermiş, yeznəsi Şəxs barəsində qanuni tədbir görülməsini və ona dəymiş maddi ziyanın ödənilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Qəbələ RPŞ-nin TB-də araşdırması aparılan HK-1/1338 və HK- 1/1342 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 351-1-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. Beləliklə, həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 351-1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 351-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, qaynı Zərərçəkmiş şəxs ilə xx.xx.2020-ci il tarixdə Qaradeyin kəndində ailə münaqişəsi zəmnində mübahisə olmuşdur. O, Zərərçəkmiş şəxs məxsus avtomobilinə daş ataraq onun avtomobilinə maddi zərər vurmuşdur. Etdiyi əməldən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ondan şikayəti yoxdur. Ona görə də barəsində tərtib olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2020-ci il tarixdə yeznəsi Şəxs ilə mübahisə zamanı sonuncu ona məxsus “VAZ-2107 markalı, **-VP-*** nömrəli avtomobilinin sadəcə olaraq arxa şüşəsinə və arxa sağ qapısına daş atmış, nəticədə avtomobilin arxa şüşəsi sınmış və arxa sağ qapısı əzilmiş, nəticədə isə ona təxminən 200 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 351-1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Qəbələ RPŞ-nin TB-də araşdırması aparılan HK-1/1338 və HK-1/1342 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-nin 351-1-ci maddəsi ilə inzibati xəta haqqıda protokol tərtib edilməsi məqsədi ilə Qəbələ RPŞ-nin İTB-nə verilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Qəbələ RPŞ-nin TQ-nin təhqiqatçısı, polis leytenantı İlkin Göyçəlinin Qəbələ RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova yazdığı raportdan görünür ki,HK-1/1338 və HK-1/1342 saylımaterial üzrə cinayət hadisəsi aşkar olunmadığı üçün cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 351-1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surətinin Qəbələ RPŞnin İTB-yə verilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İXM-in 351-1-ci maddəsinə əsasən, Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınmasınagörə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 351-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus nəqliyyat vasitəsinə ziyan vurması və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 351-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı barəsində inzibati icraat aparılan və zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etmələri nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsi tətbiq edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilsin. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 351-1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-8/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-8/2021
07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver