Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-8/2025 10.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X10 Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Gülanə Elmdar qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2291522) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 13:20 radələrində Qəbələ şəhərində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayır və “Turist” adlı marketdə satıcı işləyir. Tik-tok sosial şəbəkəsində adına olan “Şəxs” adlı səhifədə “Dj Tural” adlı istifədiçinin paylaşdığı videoya yazılan yorumda polisin ünvanına nalayiq ifadələr işlədilmişdir. Həmin yorum onun tərəfindən verilməmişdir və kim tərəfindən yazıldığını bilmir. xx.xx.2025-ci il tarixdə işlədiyi mağazaya polis əməkdaşları gələrək sosial şəbəkədə polis haqqında xoşagəlməz yazı yazdığı üçün barəsində şikayət olduğu bildirilmiş və polis şöbəsinə dəvət edilmişdir. Bir müddət bundan qabaq qonşusu ilə yağıs sularının kimin həyətindən axmasına görə mübahisə etdiyinə görə polis şöbəsinə gətirilərkən həmin qonşunun ondan şikayət etdiyini və ona şər atdığını düşünərək özündən asılı olmadan əsəbləşmiş və “internetdə polis haqqında nə yazmışam yaxşı etmişəm, sosial şəbəkələrdə nə yazmışam yaxşı etmişəm” deyərək uca səslə nalayiq ifadələr işlətmiş, sonra şöbənin qarşısında olarkən uca səslə nalayiq ifadələr işlətməyə davam etmişdir. İş üzrə şahid X4 göstərmişdir ki, o, Qəbələ RPŞ PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025ci il tarixdə PPXB-nin polis nəfəri, polis serjantı Nail Qəribov ilə birlikdə RPŞ-nin X1 xidmətdə olarkən saat 13:20 radələrində 1 nəfər şəxsin şöbənin giriş qapısının qarşısında səs-küy saldığını eşitmiş və şöbənin giriş qapısından çölə baxaraq bir nəfərin (Qəbələ rayonu, Vəndam qəsəbə sakini Şəxs) nalayiq ifadələr işlədərək “polis haqqında internetdə ne yazmışam yaxşı eləmişəm, sosial şəbəkədə nə istəyirəm yaza bilərəm” və .s bu kimi sözlər işlətdiyini müşahidə etmişdir. Həmin vaxt Şəxs yaxınlaşaraq sakitləşməsini və nalayiq ifadələr işlətməməsini tələb etmiş, lakin o, bir qədər uzaqlaşaraq insanların küçənin o biri tərəfinə, insanların hərəkət etdiyi hissəyə keçmiş və uca səslə ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Onun hərəkətləri barədə Növbətçi Hissəyə məlumat verilmiş və həmin şəxs saxlanılaraq barəsində qanuni tədbir görülməsi üçün şöbəyə gətirilmişdir. İş üzrə şahid Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən X7 şahid X2 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi, şahidləri dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 adında uşaqları vardır. Şəxs himayəsində üç nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən saat 17:05-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-8/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-8/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver