Məhkəmə qərarları › İş №3(025)-80/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-80/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-80/2023 06.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis leytenantı X4, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1962-ci il tarixdə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Uludaş kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 24 fevral 2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Uludaş kəndində Loğman Bayramovun işlətdiyi çayxanada həmkəndliləri İlham Musayev, Ağaşirin Osmanov və Musalim Mursalıyevlə birlikdə qumar oynayaraq qumar oyununda iştirak etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXMnin 525-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 24 fevral 2023-cü il tarixli İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis leytenantı X8 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Uludaş kəndində Loğman Bayramovun işlətdiyi çayxanada həmkəndliləri İlham Musayev, Ağaşirin Osmanov və Musalim Mursalıyevlə birlikdə qumar oynayaraq qumar oyununda iştirak etmişdir. Onların qumar oynamaları video vasitəsi ilə çəkilmişdir. Həmin fakt üzrə Şəxs barəsində Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin hal-hazırda protokol tərtib edən şəxs Pünhan Abdurahmanlı xidməti fəaliyyətini İsmayıllı rayonunda davam etdiyindən, inzibati xəta haqqında protokolu o müdafiə etməkdədir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Uludaş kəndində həmkəndlisi Loğman adlı şəxsin işlətdiyi çayxanaya getmişdir. Çayxanada həmkəndliləri İlham, Ağaşirin və Musalimin kağız materialdan hazırlanmış kartla qumar oynadıqlarını görüb o da onlarla qumar oyunu oynamağa başlamışdır. Qumar oyununu 36 ədəd kağızdan ibarət kartla oynamışlar. Yeri 20 qəpikdən olmaqla təxminən 2-3 dəqiqə kartla qumar oyunu oynamışlar. Qumar oynayan vaxt polis əməkdaşları çayxanaya daxil olub onların qumar oyunu oynadıqlarını görüb onlara etdikləri əməlin qanun pozuntusu olduğunu bildirərək polis şöbəsinə gətirmişlər. Qumarda istifadə etdikləri pulları stolun üzərinə qoymuşlar. Kartlar çayxanada əvvəlcədən stolun üzərində olmuş, kartları özləri ilə gətirməmişlər. Həmçinin qumar oynadıqları zaman “seka pulu” olaraq çayxanın sahibi Loğman Bayramova 20 (iyirmi) qəpik pul vermişlər. Törətdiyi əməldən çox peşimandır, gələcəkdə bu hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Qəbələ rayonu Uludaş kəndində yerləşən çayxananı təxminən 2 aydır ki, işlədir. Onun işlədiyi çayxanaya gələn insanlar çay içir, asudə vaxtlarını keçirmək üçün çayxanada domino,kart oynayırlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində həmkəndliləri İlham, Mayis, Ağaşirin, Musallim adlı şəxslər onun çayxanasında oturub çay içmişlər və qumar oynamışlar. Onların qumar oynamasından xəbəri olmuşdur. Belə ki, qumar oynadıqları zaman “seka pulu” olaraq ona hər oyundan 20 (iyirmi) qəpik pul vermişlər. Maddi imkanı olmadığından onların qumar oynamasına icazə vermişdir. Qumar oynanmasına icazə verməsinə görə peşmandır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 24 fevral 2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Uludaş kəndində yerləşən çayxanada stolun üzərindən qumar oyununda istifadə olunan 29 ədəd arxası göy damalı qumar kartları, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əskinazı maddi sübut olaraq götürülmüşdür. Aktın doğruluğunu, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytnantı X8, sahə polis nəfəri polis baş serjantı Babaşov Rəcəb Zübeyir oğlu, Uludaş kənd sakinləri X2, X3, Şəxs, X5 və X9 öz imzaları ilə təsdiq etmişlər. - Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən Şəxs X2, X3 və X5 ilə birlikdə qumar oynaması müəyyən olunmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs qumar oynaması özünün etirafedici izahatı, həmçinin İXH-da protokola əlavə edilmiş hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-in 525-ci maddəsinə əsasən, Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf edib peşman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş 3(025)-78/2023 saylı inzibati xətalar haqqında iş üzrə oyun ləvazimatı olan 29 (iyirmi doqquz) ədəd qumar kartlarının məhv olunması, 1 ədəd 10 (on) manatlıq, 1 ədəd 5 (beş) manatlıq və 3 ədəd 1 (bir) manatlıq pul əskinazının dövlət nəfinə müsadirə olunması qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 3(025)- 78/2023 saylı qərarı ilə oyun ləvazimatı olan 29 (iyirmi doqquz) ədəd qumar kartlarının məhv olunması, 1 ədəd 10 (on) manatlıq, 1 ədəd 5 (beş) manatlıq və 3 ədəd 1 (bir) manatlıq pul əskinazının dövlət nəfinə müsadirə olunması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qəbələ Rayon Məhkəməsinin 3(025)-78/2023 saylı qərarı ilə oyun ləvazimatı olan 29 (iyirmi doqquz) ədəd qumar kartlarının məhv olunması, 1 ədəd 10 (on) manatlıq, 1 ədəd 5 (beş) manatlıq və 3 ədəd 1 (bir) manatlıq pul əskinazının dövlət nəfinə müsadirə olunması nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar