Məhkəmə qərarları › İş №3(025)-81/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-81/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-81/2025 10.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X4 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Həsəsnuliyv Təbiyyət aydın oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, X5 küçəsi, ev 4-də qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxsnın barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 1748964) tərtib olunmuşdur ki, o, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxsa Ravşanbekovnanın xeyrinə 01 avqust 2023-cü il taridən başlayaraq hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment ödəməsi barədə Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(012)-4259/2023 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən icra etməyərək 4160,0 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 avqust 2023-cü il taridən başlayaraq Zərərçəkmiş şəxsa Ravşanbekovnanın xeyrinə hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment ödəməsi barədə Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(012)-4259/2023 saylı icra sənədini üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, 2024-cü ilin avqust ayınadək Zərərçəkmiş şəxsa Ravşanbekovna ilə Bakı şəhərində birlikdə yaşamış, həmin müddətdə Zərərçəkmiş şəxsa Ravşanbekovnanın bütün maddi ehtiyaclarını ödəmiş və uşağın saxlanması xərclərini çəkmiş və bu səbəbdən aliment ödəməmişdir. Zərərçəkmiş şəxsa Ravşanbekovna Özbəkistan Respublikasına köçdükdən sonra ailəsində yaranmış narazılığa görə ondan şikayət etmişdir. Halbuki Zərərçəkmiş şəxsa Ravşanbekovnanı Özbəkistan Respublikasına özü yola salmış və nəqliyyat xərclərini şəxsən çəkmişdir. İndiyədək qeyd olunan icra sənədi üzrə 780,0 manat ödəmiş və xx.xx.2025-ci il tarixdə 1000,0 manat məbləğində birdəfəlik ödəniş etmişdir. Aliment borcunu tam şəkildə ödəmək niyyətindədir və hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4259/2023 ömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxsndan xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 avqust 2023-cü il taridən başlayaraq hər ay bir uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxsa Ravşanbekovnanın xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 4259/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e237733/2023-11-9-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4259/2023 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli 5№13-13-89/2-2788 nömrəli məlumata əsasən xx.xx.1988-ci il təvəllüdlü Şəxs barəsində xx.xx.2025-ci il tarixdə 590024 nömrəli axtarış işi açılmışdır. İşdə olan AR ƏN Qəbələ İPŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e237733/2023-11-5-005 nömrəli arayışa əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4259/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 750 manat tələbkara aliment ödəmiş, 4160 manat ödənilməmiş aliment borcu qalmaqdadır. İşdə olan Poçt qəbzinin surətinə əsasən xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən Zərərçəkmiş şəxsa Ravşanbekovnaya 1000,0 manat göndərilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4259/2023 saylı icra sənədi üzrə cəmi 750,0 manat ödəniş etmiş və 4160,0 manat borclu qalmışdır. Məcburi icra tədbirləri nəticəsində onun qazancı və digər gəlirləri, o cümlədən tələb yönələ bilən qiymətli əmlakı aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə 1000,0 manat ödənilmişdir. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4259/2023 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmadığından əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə (MN 1748964) icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar