Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-83/2025 03.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, “Qəbələ MRX” PHŞ-nin nümayəndələri, X6 və X3 iştirakı ilə, AR ƏƏSMN DƏMXnin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarından “Qəbələ RMX” PHŞ-nin direktoru X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli ******* saylı qərarı ilə “Qəbələ RMX” PHŞ-nin direktoru X9 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 700,0 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib qərarın ləğv edilməsini xahiş etmişdir. “Qəbələ MRX” PHŞ-nin nümayəndəsi X7 göstərmişdir ki, xəstəxananın TTY şöbəsinin feldşeri X4 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və o, Respublika TTTY Mərkəzinə keçirilmişdir. X4 2017-ci ildən bəri fasiləsiz əmək stajına görə əlavələrin verilməməsinə görə AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinə şikayət etmiş və yoxlama zamanı şikayətdə göstərilənlərlə bağlı heç bir kənaraçıxma aşkar edilməmişdir. Əlavə araşdırma nəticəsində X1 2024-cü ilin mart ayı üçün əmək haqqının istehsalat təqvimi ilə 118 saat normaya qarşı 120 saat işdə olma müddəti nəzərə alınmadan səhv hesablanaraq 16 manat fərqlə az ödənildiyi aşkar edilmiş və həmin məbləğ 2025-ci ildə ona ödənilmişdir. Pozuntu əmək haqqı üzrə riyazi hesablamalar aparılarkən yol verilən nöqsanlarla izah olunsa da Qəbələ RMX” PHŞ-nin direktoru X9 barəsində AR İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və barəsində cərimə növündə tənbeh tədbiri tətbiq olunmuşdur. Ona görə də, “Qəbələ RMX” PHŞ-nin direktoru X5 AR İXM-nin 192.4-cü maddəsi ilə 700,0 manat cərimə olunması haqqında AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı qanunsuz hesab edilməlidir. X4 izahatında göstərmişdir ki, o, 2017-ci ildən etibarən “Qəbələ MRX”-də fasiləsiz olaraq feldşer vəzifəsində işləmiş və xx.xx.2024-cü il tarixdə işdən çıxarılaraq Respublika TTTY Mərkəzinə keçirilmişdir. İşdən çıxarılarkən 2017-ci ildən bəri fasiləsiz əmək stajına görə əlavələrin verilməməsinə görə AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinə şikayət etsə də, nəticəsi olmamışdır. Əlavə araşdırma nəticəsində 2024-cü ilin mart ayı üçün onun əmək haqqının 16 manat fərqlə az ödənildiyi aşkar edilmiş və həmin məbləğ 2025-ci ildə ona ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ******* nömrəli “İnzibati xəta haqqında” Protokolun surətinə əsasən “Qəbələ RMX” PHŞ-nin direktoru X2 RMX TTY şöbəsinin feldşeri X4 işdən azad edərək son haqq-hesabı qanunvericiliyə uyğun heablanmamasına və ödənilməməsinə yol verərək AR ƏMnin 192.4 cü maddəsinin tələbini pozmuşdur. AR Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında DƏMX haqqında Əsasnamənin 4.1.1-ci bəndində göstərilir ki, xidmət öz vəzifələrini yerinə yetirmək üçün işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri daxilində göstərişlər vermək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və onların yerinə yetirilməsinə nəzarət etmək hüququna malikdir. AR İXM-nin AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, AR ƏƏSMN DƏMX-nin Şəki- Zaqatala Regional şöbəsi Qəbələ RMX PHŞ-nin işçisi X1 müraciətində qeyd olunmayan məsələ üzrə araşdırma aparmış və onun 2024-cü ilin mart ayı üçün əmək haqqının 16 manat fərqlə az ödənilməsinin səhv riyazi hesablamalar nəticəsində yol verilən nöqsanla bağlı olduğunun fərqinə vara bilməyərək aşkar edilən pozuntunu AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri ilə müqayisə edə bilməmişdir. Ona görə də, AR ƏƏSMN DƏMXnin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı ləğv edilməli və “Qəbələ RMX” PHŞ-nin direktoru X9 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli ******* saylı qərarı ləğv edilsin. “Qəbələ MRX” PHŞ-nin direktoru X9 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-83/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-83/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver