Məhkəmə qərarları › İş №3(025)-85/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-85/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-85/2025 02.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 339.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə İXP ******* nömrəli, 10 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan “Volvo” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili mülki məsuliyyəti icrabi qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Nəticədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə İXP ******* nömrəli, 10 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndələrini məhkəmə iclasına göndərməmişlər. Belə olan halda məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin Şəxs MMC-nin direktoru X1 məhkəməyə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, Şəxs MMC-nin (VÖEN: **********) balansında və ya icarəsində **-JU-*** dövlət qeydiyyat nişanlı, Volvo markalı nəqliyyat vasitəsi yoxdur. Protokola əlavə edilmiş sənədlərdən də göründüyü kimi qeyd edilən nəqliyyat vasitəsi “X2” MMC-yə aiddir. Bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsinə aidiyyəti olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-nin DYP Web Portalından çıxarışdan görünür ki, “Volvo” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil «X2» MMC-nin mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-nin 339.1-ci maddəsi ilə Şəxs MMC-nin barəsində protokol tərtib edilməsi üçün ilk növbədə “Volvo” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs MMC-nin mülkiyyətində olması əsas şərtdir. Lakin iş materiallarına əlavə edilmiş DİN-nin DYP Web Portalından çıxarışa əsasən “Volvo” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs MMC-yə aidiyyatı müəyyən edilməmişdir. Əksinə müəyyən olunmuşdur ki, “Volvo” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil «X2» MMC-nin mülkiyyətindədir. Nəticədə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən inzibati xəta törədilməsinə aidiyyəti olmayan şəxs, yəni Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu da öz növbəsində Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 339.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini istisna edir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında materiallar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilərkən müşaiət məktubunda “Volvo” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin «X2» MMC-nin istifadəsində olduğu, nəticədə «X2» MMC barəsində İXM-nin 339.1-ci maddəsi ilə protokol tərtib edildiyi göstərilsə də, İXP ******* nömrəli protokol Şəxs MMC barəsində tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsinə aidiyyəti olmadığından, barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş İXP ******* nömrəli, 10 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıİXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin inzibati xəta törədilməsinə aidiyyəti olmadığndan, barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş İXP ******* nömrəli, 10 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar