Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-86/2023 06.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon prokurorunun köməkçisi X3 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4cü maddəsi ilə olan inzibati material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş materialda göstərilir ki, Şəxs MMC – onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi X7 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 nömrəli Əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariyaepidemiloji qaydalar və normativlərə cavab verməyən və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 302 nömrəli qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətizdirilmiş ümumi çəkisi 201.000 kq təşkil edən ərzaqlıq kartof məhsullarından xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sınaq üçün nümunələri götürüldükdən sonra həmin məhsulları sertifikatlaşdırılmadan sataraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Bununla da 05 dekabr 2022-ci il tarixdə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar qəbul olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 3(025)-537/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinib, 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-38/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 3(025)-537/2022 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında Qəbələ rayon prokurorunun köməkçisi X5, Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 3(025)-537/2022 nömrəli qərarının qüvvədə qalaraq, Şəxs MMC-nin barəsində cərimə cəzasının tətbiq olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndisinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru, ədliyyə müşaviri Nicat Şəmşirovun 23 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş müraciət ilə əlaqədar toplanmış 02/2-352c-22 saylı material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi, X6, X1 və X2 əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan material hüquqi qiymət verilməsindən ötrü aidiyyəti üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarətinin əsaslarını müəyyən edən İXM-in 54-cü maddəsində qeyd edilir ki; 54.1. Prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. 54.2. Bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445- 1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528- 1.3, 531, 538-1.4-538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. 54.3. Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. 54.4. Prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. 54.5. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 54.6. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanın 5.51-ci bəndində qeyd edilir ki, həmin Məcəllənin 447.0.3-447.0.6 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 447.0.7, 447.0.8, 537.2 və 538-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Angetliyi baxır. İXM-in 100.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İXM-in 54-cü maddəsində isə protokol tərtib edilmədən, prokuror tərəfindən inzibati xətanın törədilməsi barədə qərar qəbul oluna biləcək maddələr sırasında İXM-nin 447.0.4-cü maddəsi qeyd edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru, ədliyyə müşaviri Nicat Şəmşirovun 23 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş müraciət ilə əlaqədar toplanmış 02/2-352c-22 saylı material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi, X6, X1 və X2 əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan material hüquqi qiymət verilməsindən ötrü aidiyyəti üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəməsi araşdırması zamanı müəyyən edildi ki, Şəxs MMC-nin barəsində İXM-in 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanması 23 noyabr 2022-ci il tarixli cinayəti işinin başlanmasının rədd edilməsi haqqında qərar olmuşdur, Azərbaycan Respublikası Baş prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsi də Şəxs MMC barəsində qeyd edilən inzibati xəta pozuntusu ilə bağlı qərar (qərardad) qəbul edərək aidiyyəti üzrə müvafiq orqana (Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Angetliyinə) göndərməli olduğu halda, 23 noyabr 2022-ci il tarixli, inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilmiş, baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar qəbul edilərkən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanın 5.51-ci bəndini, yəni AR İXM-nin 447.0.4-cü maddəsində inzibati xətalar haqqında işə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Angetliyi tərəfindən baxılmasını nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə geri qaytarılsın. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-86/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-86/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver