Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-89/2022 22.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, Qəbələ rayonu, Qəmərvan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, 02.02.2022-ci il tarixdə Qəbələ rayonu, Qəmərvan kəndində Şəxs yaşadıqları fərdi yaşayış evində Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X2 izahatında bildirmişdir ki, 02.02.2022-ci il tarixdə Qəbələ rayonu, Qəmərvan kəndində Şəxs yaşadıqları fərdi yaşayış evində Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qəbələ rayon Qəmərvan kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. O, 2013-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur, birgə nikahdan 2 övladı dünyaya gəlmişdir. Əvvəllər arvadı Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuş, lakin son bir neçə ildə o, mütəmadi olaraq spirtli içkilər qəbul etməyə başladıqdan sonra mütəmadi olaraq yaşadıqları evdə münaqişələr baş verir. 07.01.2022-ci il tarixdə saat təxminən 14 radələrində o, spirtli içki alaraq yaşadığı evə getdi, yaşadığı evdə spirtli içki qəbul etdi, lakin spirtli içki qurtardıqdan sonra yenidən spirtli içki almaq üçün evdən çıxmaq istədikdə arvadı Zərərçəkmiş şəxs çox içdiyimi dedi və evdən çıxmağına etirazını bildirdi. Bu zaman o, masanın üzərində olan boşqabı əlinə alaraq arvadı Zərərçəkmiş şəxs doğru atdı, boşqab onun baş nahiyyəsinə dəydikdə o başını tutaraq yaxınlıqdakı çarpayıda uzandı, o isə yaşadıqları evdən çıxaraq getdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayon Qəmərvan kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. O, 2013-cü ildə Şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan 2 övladı dünyaya gəlmişdir. Əvvəllər əri Şəxs ilə münasibətləri normal olmuş, lakin son bir neçə ildə əri mütəmadi olaraq spirtli içkilər qəbul etməyə başladıqdan sonra mütəmadi olaraq yaşadıqları evdə münaqişələr baş vermişdir. 07.01,2022-ci il tarixdə saat təxminən 14:00 radələrində əri Şəxs spirtli içki alaraq yaşadıqları evə gəldi. Yaşadıqları evdə spirtli içki qəbul etdi, lakin spirtli içki qurtardıqdan sonra əri yenidən spirtli içki almaq üçün evdən çıxmaq istədikdə ona evdən çıxmamasını bildirdi və digər otağa doğru gedən zaman qənd qabının qapağını Şəxs ona doğru atdı. Qənd qabının qapağı başının arxa nahiyyəsinə dəydi, o, yenə də yemək gətirərək Xəyal Xasmməmədovun qarşısına qoyduqda ona 3 il əvvəl qardaşı oğlunun onu döydüyünü deyərək yeməyi masanın üzərinə boşaltdı və boşqabı ona doğru atdı. Boşqab alın nahiyyəsindən dəyərək qanadıqdan sonra o sakitləşdi. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs barışdığından işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 02 fevral 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-89/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-89/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver