Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-9/2025 11.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X12 Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Gülanə Elmdar qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1980-ci ildə Qəbələ rayonu, Böyük Pirəlli kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Böyük Pirəlli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2052569) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndi ərazisində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Böyük Pirəlli kəndində yaşayır və fərdi qaydada günəmuzd fəhlə işləməklə qazanc əldə edir. xx.xx.2025-ci il tarixdə saat təxminən 15:50 radələrində Qəbələ rayonu Zarağan kəndində mərkəzi küçədə olarkən “Tik-tok” sosial şəbəkəsində bir video görüntü izləmiş və əsəbləşdirmişdir. Həmin vaxt ona zəng gəlmiş və o əsəbi olduğu üçün özündən asılı olmayaraq uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Ərzində xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq ictimai yerdə nəyə görə nalayiq ifadələr işlətməsi barədə soruşduqda o, aqressiv hərəkətlər etmiş və “yaxşı edirəm, heç kim mənə heç nə edə bilməz” deyərək onlara qarşı kobudluq etmişdir. Polis əməkdaşı onun sakitləşmədiyini götdükdə həmin yerə PPX maşını dəvət etmiş və onu Qəbələ rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişdilər. İş üzrə şahid X10 göstərmişdir ki, o, Qəbələ RPŞ İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X1 ilə birlikdə Qəbələ rayon Zarağan kəndi ərazisində xidmətdə olan zaman bir nəfərin ( Böyük Pirəli kənd sakini Şəxs) kəndin mərkəzi hissədə uca səslə nalayiq ifadələr işlədərək ictimai asayışı və ictimai qaydanı kobud surətdə pozduğunu muşahidə etmiş və ona yaxınlaşıb özlərini təqdim edərək nə baş verdiyini, nəyə görə nalayiq ifadələr işlətdiyini soruşmuşlar. Rahim “yaxşı edirəm, heç kim mənə heç nə edə bilməz” deyərək ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək öz qanunsuz əməllərini davam etdirmişdir. Ona görə də, ərazidə xidmətdə olan PPX əməkdaşlarını həmin yerə dəvət etmiş və onların köməkliyi ilə Şəxs Qəbələ RPŞ-nə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. İş üzrə şahid Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X1 şahid X5 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 022621 nömrəli İnzibati qaydada tutma haqqında protokolun surətinə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30-da AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi, şahidləri dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2010cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 10 yanvar 2025-ci il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-9/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-9/2025
11.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver