Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-92/2022 28.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis leytenantı X4, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1985-ci il aprelin 01-də Qəbələ rayonu Soltan Nuxa kəndində doğulmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Soltan Nuxa kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis leytenantı X5 tərəfindən tərtib edilmiş 26 fevral 2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilir ki, 24.02.2022-ci il tarixli məktuba əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protkolu tərtib etmiş şəxs Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis leytenantı X5 izahatında göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən “Mercedes” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü, Qəbələ rayonu Soltan Nuxa kənd sakini Şəxs barəsində tərtib olunmuş raport baxılıb tədbir görülməsi üçün Qəbələ rayon Polis şöbəsinə göndərilmişdir. Eyni zamanda hadisənin görüntülərini əks etdirən video görüntülər də şöbəyə daxil olmuşdur. Bundan sonra video görüntülərə baxıldıqdan sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib etmişdir. Həmçinin əlavə olaraq qeyd etmişdir ki, Şəxs tərəfindən avtoxuliqanlıq hərəkətləri etməsi kimi hallar Qəbələ rayonu ərazisində mövcud olmamış və sonuncu məsuliyyətli sürücü kimi tanınmışdır. Müvafiq qərar qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə iclasında Şəxs özünü Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, bir neçə ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. 21.02.2022-ci il tarixdə Qəbələ rayonundan Bakı şəhərinə sərnişin aparmışdır. Anası insult keçirdiyindən və xəstə olduğundan Bakı şəhərindən Qəbələ şəhərinə sərnişin götürmədən təkcə qayıtmışdır. Bu zaman onu YPX-nin adını sonradan bildiyi Elməddin adlı əməkdaşı saxlamışdır. Avtomobildən enərək Elməddindən taksi sürücü olmasının nəzərə almasını, onu cərimə etməməsini xahiş etmişdir. Elməddin isə onu cərimələyəcəyini qeyd etdikdən sonra avtomobilinə minərək hərəkətinə davam etmişdir. Yolda gedərkən telefonuna gələn sms vasitəsilə cərimə olunduğunu bilmiş, həmin an əsəbi olduğundan avtomobili saxlayaraq polis əməkdaşını gözləmişdir. Daha sonra polis avtomobilinə əl edərək onu saxlatmış, nə üçün onu cərimə etdiyini bildirmişdir. Bu zaman aralarında sözlü mübahisə olmuşdur. Elməddin adlı polis əməkdaşı isə onun şalvarının kəmərindən tutaraq heç bir əsaslı səbəb olmadan yol polisi avtomobilinə mindirmək istəmişdir. Lakin polis avtomobilinə hansı əsasla onu mindirmək istəməsini izah etməmişdir. Onunla kobud davranaraq, əl-qol hərəkətləri edərək polisə yaraşmayan hərəkətlər etmişdir. O isə avtomobilə minməmiş, bu zaman Elməddin Abdullayev ona təzyiq göstərmiş və dartaraq onu avtomobilə mindirməyə çalışmışdır. Lakin Elməddinin əlindən çıxaraq öz avtomobilinə minmiş və hərəkətinə davam etmişdir. Polis əməkdaşı isə onun arxasınca maşını sürətlə sürməyə davam etmiş, heç bir əsaslı səbəb olmadan onu yol boyu qovmuşdur. Bu zaman polis əməkdaşı Elməddin Abdullayevin qanunsuz hərəkətlərindən çəkinərək, o cümlədən qorxaraq avtomobilini saxlamamışdır. Elməddin Abdullayev isə onu magistral yolda təhlükəli manevr etməklə yoldan çıxarmış, dəfələrlə qəza şəraiti yaratmışdır. Bu zaman İXM-nin müxtəlif maddələrinin tələblərini pozmuş və bununla bağlı barəsində bir neçə protokolda tərtib edilmişdir. Belə olub polis əməkdaşının saxla əmrinə tabe olmamışdır. Əslində yol polisi əməkdaşı onu zorla nə üçün avtomobilə mindirməsini başa düşməmiş, eyni zamanda da ona da nə üçün polis avtomobilinə mindirilməsi, hüquq və vəzifələri izah edilməmişdir. Belə olub avtomobilini sürərək öz yoluna davam etmişdir. Bir neçə gün sonra Qəbələ rayon Polis şöbəsindən onu çağıran zaman dərhal polis şöbəsinə yaxınlaşmış və izahat vermişdir. Eyni zamanda polis əməkdaşı X1 məhkəmə zamanı çıxışını dinlədikdən sonra bildirmişdir ki, onun hərəkətlərindən ayıq olması tamamilə müəyyən olunmuşdur. Əgər avtomobilində qanunsuz nəsə olsa idi, yenidən polis avtomobilin gözləməzmiş. Bunlar polis əməkdaşının yalnız mülahizələrindən və özünü müdafiəsindən ibarətdir. Polis əməkdaşının saxla əmrinə tabe olmamasına görə əməlindən peşmandır, lakin onun əməlində xuliqanlıq inzibati xətasının tərkibi yoxdur. Əksinə polis əməkdaşı qanunsuz olaraq, heç bir əsaslı səbəb olmadan onu təqib edərək qovmuş, tərəfindən qayda pozuntusu etməyə vadar etmişdir. Bütün bu halları nəzərə alaraq barəsində tərtib olunmuş inzibati protokola xitam verilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər yoxdur. Belə ki, İXM-nin 511.1-ci maddəsində xuliqanlıq inzibati xətasının yaranması üçün qərəzli hərəkətlərin nə də ifadə olunması konkret olaraq göstərilmişdir. Hal-hazırda Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilmiş və həmin maddə ilə məsuliyyətin yaranması üçün barəsində inzibati icraat aparılan şəxsin əməlində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi qərəzli hərəkətlər olmalıdır. Lakin məhkəmə araşdırması zamanı bu sübuta yetirilməmişdir. Videogörüntülərə məhkəmə iclasında dəfələrlə baxılmış və İXM-nin 511.1.3-cü maddəsində göstərilən qərəzli hərəkətlər Şəxs hərəkətində müəyyən olunmamışdır. Onun əməlində başqa inzibati xətanın tərkibi olsa da, İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər X9 İdarəsinin YPXA-nın 3 tağımının YPX inspektoru polis serjantı X3 izahatında göstərdi ki, o, 21.02.2022-ci il tarixdə, saat 13:40 radələrində tağımın iş cədvəlinə əsasən “Mercedes” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmətdə olarkən Bakı-Şamaxı-Yevlax yolunun 107-ci kilometrliyində qarşı zolaqda Şamaxı istiqamətində hərəkətdə olan “Mercedes” markalı, **-UC- *** dövlət qeydiyyat nişanlı avtomobil manevr qaydasını pozuduğu üçün həmin avtomobili saxlamışdır. Bu zaman sürücü avtomobildən enərək onun yanına gəlmiş və ona rüşvət təklif etmişdir. O isə sürücüdən pulu cibinə qoymasını, AR İXM-nin 327.1-ci maddəsi ilə barəsində protokol tərtib ediləcəyini bildirmişdir. Sürücü isə “nə yazırsan yaz” deyərək avtomobilinə minərək hərəkətinə davam etmişdir. O isə sürücü barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edərək iş fəaliyyətini davam etdirmişdir. Bir qədər irəli getdikdən sonra adını sonradan bildiyi, “Mercedes” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs ona əl edərək avtomobilini saxlatmışdır. Belə olub avtmobilini saxlamış, Şəxs idarə etdiyi xidməti avtomobilə yaxınlaşaraq nə üçün tək xidmət apardığını soruşmuş, onu videoya çəkəcəyini bildirmişdir. O isə Şəxs gündüz vaxtı tək xidmət aparmasına qanunun icazə verdiyini izah etmişdir. Daha sonra isə avtomobildən enmiş, Şəxs bu zaman cibindən pul çıxararaq cəriməni ödəməyə maddi imkanı çatdığını bildirmiş və nalayiq ifadələr işlətmişdir. Şəxs danışığından ondan spirtli içki qəbul etmədiyi hiss olunmuşdur. Lakin sürücünün hər hansı narkotik vasitədən istifadə etməsi, eyni zamanda psixi pozuntudan əziyyət çəkməsi onda şübhə doğurmuşdur. Belə olub Şəxs avtomobilinə mindirmək istəmiş, lakin Şəxs tabesizlik göstərərək yol polisi maşınına minməmişdir. Şəxs öz avtomobilinə minərək hərəkətinə davam etmiş, o isə qarşıdakı postlara Şəxs saxlamaları barədə göstəriş vermişdir. Bu zaman Şəxs qaça bilmək ehtimalını nəzərə alaraq onun avtomobilin arxasınca təqib etmiş, dəfələrlə saxla əmri vermiş, lakin sonuncu onun əmrinə tabe olmayaraq avtomobili saxlamamışdır. Hətta yolda polis əməkdaşları tərəfindən onun saxlanılmasına təşəbbüs göstərilmiş, lakin Şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürərək xuliqanliq hərəkəti etmidir. Onların xidməti əraziləri qutardığından Şəxs arxasınca getməmişdir. Hesab edir ki, sürücü Şəxs dəfələrlə onun “saxla” əmrinə tabe olmayaraq, eyni zamanda yol hərəkət qaydalarını pozaraq xuliqanlıq hərəkətləri etmişdir. Şəxs dövlət işçilərinə, polis əməkdaşlarını davranışı onun xuliqanlıq hərəkətləri etməsinin sübutudur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür: - Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nin 3-cü tağım komandiri Ürfət Şükürov raportla Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin rəis müavini, YPXA-nın komandiri polis polkovniki Fuad Mayılova müraciət edərək göstərmişdir ki, 21.02.2022-ci il tarixdə saat 13:40 radələrində YPXA-nın 3-cü taqımının YPX inspektoru polis serjantı X3 tağımın iş cədvəlinə əsasən “Mercedes” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmətdə olarkən Bakı-Şamaxı-Yevlax yolunun 107-ci km-də qarşı zolaqda Şamaxı istiqamətində hərəkətdə olan “Mercedes” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil manevr qaydasını pozduğu üçün YPİ-i tərəfindən saxlanılır. Avtomobilə yaxınlaşıb özünü təqdim etdikdən sonra, sürücüyə qayda pozuntusunu izah edir və sürücü Şəxs barəsində AR-nın İXM-nin 327.1-ci maddəsi ilə İXP4463953 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək hərəkətinə icazə verir. Sonradan “Mercedes” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs yol kənarında dayanaraq YPXİ Elməddin Abdullayevə əl işarəsi edərək saxladır və səs tonun qaldıraraq kobudluq edərək nalayiq ifadələr işlədərək avtomobilinə əyləşib Şamaxı istiqamətində hərəkət edir. Elməddin Abdullayev patrul avtomobili ilə həmin nəqliyyat vasitəsinə saxla işarəsi versə də, sürücü Şəxs birtərəfli hərəkət yolunda hərəkətin əksinə və ötmə qadağan olunan ərazilərdə qarşı zolağa çıxmaqla kobud şəkildə ötmə və manevr qaydalarını pozaraq hərəkətinə davam edir. Elməddin Abdullayev Bakı-Şamakı yolunun 14-15-ci marşurutda xidmətdə olan **-YP-*** və **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomoillərində xidmətdə olan YPX inspektorlarına radio rabitə cihazı vasitəsilə süni tıxac yaradaraq həmin avtomobili dayandırmasını bildirmişdir. Bakı- Şamaxı-Yevlax yolunun 134-cü km-də YPXİ-ları polis baş serjantı Kərimov Cavid və Xəlilov Ülvi sünı tıxac yaradaraq jezl ilə avtomobilə işarə versələr də, sürücü tabesizlik göstərərək avtomobili polis əməkdaşlarının üzərinə sürüb Muğanlı-İsmayıllı-Qəbələ yolu istiqamətində hərəkətinə davam edib. Həmin avtomobilin saxlanması üçün YPXA-nın 4-cü taqımına radio rabitə cihazı vasitəsilə məlumat verilmişdir. Sürücü Şəxs “Mercedes” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə etdiyi qayda pozuntuları **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilində quraşdırılmış video nəzarət qurğusunda qeydə alınmışdır. Sürücü Şəxs barəsində aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında protokla əlavə edilmiş bir ədəd diskdə olan video görüntələrə məhkəmə iclasında baxış keçirilərəkən müəyyən edildi ki, 21.02.2022-ci il tarixdə saat 13:40 radələrində YPXA-nın 3-cü taqımının YPX inspektoru polis serjantı X3 “Mercedes” markalı **- YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmətdə olarkən Bakı-Şamaxı-Yevlax yolunun 107-ci km-də qarşı zolaqda Şamaxı istiqamətində hərəkətdə olan “Mercedes” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil manevr qaydasını pozduğu üçün saxlamışdır. Sürücü Şəxs YPX inspektoru polis serjantı X2 yaxınlaşıb taksi işlədiyini, onu cərimə etməməsini polis serjantından xahiş edir. X3 tərəfindən Şəxs barəsində AR-nın İXM-nin 327.1ci maddəsi ilə İXP4463953 nömrəli inzibati xəta haqqında protokol tərtib edilir. Sonradan “Mercedes” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs yol kənarında dayanaraq YPX inspektoru polis serjantı X2 əl işarəsi edərək saxladır və ona nə üçün barəsində protokol tərtib etdiyini, həmçinin hansı səbəbdən tək xidmət apardığını soruşur. X3 gündüz vaxtı tək xidmət aparmağın onun hüququ olduğunu bildirsə də, Şəxs telefonla videoaya çəkəcəyini bildirir. Bundan sonra Elməddin Abdullayev avtomobildən aşağı enir və bu zaman Şəxs ünvansız nalayiq söyüşlər işlədir. X3 isə Şəxs heç nə izah etmədən, səbəbləri göstərilmədən yol polisi maşınına mindirməyə çalışır. Lakin Şəxs avtomobilinə əyləşib Şamaxı istiqamətində hərəkət edir. Elməddin Abdullayev patrul avtomobili ilə həmin nəqliyyat vasitəsinə saxla işarəsi versə də, sürücü Şəxs birtərəfli hərəkət yolunda hərəkətin əksinə və ötmə qadağan olunan ərazilərdə qarşı zolağa çıxmaqla kobud şəkildə ötmə və manevr qaydalarını pozaraq hərəkətinə davam edir. Elməddin Abdullayev Bakı-Şamakı yolunun 14-15-ci marşurutda xidmətdə olan **-YP-*** və **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomoillərində xidmətdə olan YPX inspektorlarına radio rabitə cihazı vasitəsilə süni tıxac yaradaraq həmin avtomobili dayandırmasını bildirmişdir. Bakı-Şamaxı-Yevlax yolunun 134-cü km-də YPXİ-ları polis baş serjantı Kərimov Cavid və Xəlilov Ülvi sünı tıxac yaradaraq jezl ilə avtomobilə işarə versələr də, sürücü tabesizlik göstərərək avtomobili polis əməkdaşlarının üzərinə sürüb Muğanlı-İsmayıllı-Qəbələ yolu istiqamətində hərəkətinə davam etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi İXM-nin 511.1.3-cü maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər olmalıdır və həmin qərəzli hərəkətlər “mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasında” ifadə olmalıdır. İnzibati xətanın anlayışı AR İXM-da belə verilib: "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur" (Maddə 12). Göründüyü kimi, bu maddədə törədilən əməlin inzibati xəta hesab olunması üçün bir neçə şərt qoyulub. Birincisi, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd olmasıdır. Əgər hər hansı əməl AR İXM-də nəzərdə tutulmayıbsa, həmin əməlin edilməsi Məcəllədə bilavasitə göstərilmiş və Məcəllə ilə qorunan ictimai münasibətlərə zidd deyilsə, onda həmin əməl inzibati xəta hesab oluna bilməz. İkinci şərt hüquqazidd olmasıdır. Hüquqazidd hərəkət dedikdə də AR Konstitusiyasına, AR İXM-yə və digər qanunvericilik aktlarına zidd olan hərəkətlər də başa düşülür. Üçüncü şərt əməlin təqsirli sayılmasıdır. Təqsirli əməl də iki formada olur: qəsdən törədilən əməl və ehtiyatsızlıqdan törədilən əməl. "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur" (AR İXM 13-cü maddə). "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya həəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin onların qarşısını alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur" (AR İXM 14-cü maddə). Nəhayət sonuncu şərt törədilən əməlin inzibati məsuliyyətə səbəb olmasıdır. Burda da yenə iki hal var. Şəxsin həm hərəkəti, həm də hərəkətsizliyi inzibati məsuliyyətə səbəb ola bilər. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi mövcud hadisə ilə bağlı ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edilməsinə görə, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə nəticələnən, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər mövcud deyildir və bu hallar iş materialları, video görüntülər, tərəflərin izahatları ilə sübuta yetirilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər X9 İdarəsinin YPXA-nın 3 tağımının YPX inspektoru polis serjantı X3 məhkəmədə verdiyi izahatında Şəxs “Mercedes” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi qərəzli hərəkətlər etməsinigöstərmişdir. Lakin həmin hərəkətlərin konkret nə də ifadə olunmasını qeyd edə bilməmişdir. İfadəsində əsasən Şəxs onun qanuni tələblərinə tabe olmamasını, digər polis əməkdaşlarının onu saxlamaq istəsələr də, avtomobili saxlamması, məhz bu səbəbdən xuliqanlıq hərəkətlər etməsini qeyd etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntələrə məhkəmə iclasında baxış keçirilərəkən Şəxs 21 fevral 2020-ci il tarixdə Bakı-Şamaxı yolunda İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan avtoxuliqanlıq hərəkətləri etməsi müəyyən edilməmişdir. “Mercedes” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi qərəzli hərəkətlər etməsini məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır ki, bu da öz növbəsində Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMnin 511.1.3-cü maddəsınin mövcudluğunu istisna edir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərinə düşdüyundən və məhkəməyə hadisə vaxtı nəqliyyat vasitəsinin sürücüsü Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi qərəzli hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin hazırkı halda inzibati protokol tərtib edən orqan tərəfindən Şəxs İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli olması iş materiallarına əlavə edilmiş videogörüntülərlə sübut edilməsi göstərilsə də, məhkəmə zamanı dəfələrlə videogörüntülə baxılmış, lakin Şəxs ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi qərəzli hərəkətlər etməsi müəyyən olunmamışdır. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterii məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsirə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşi iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olubolmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq şahaları müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Bu aspektdən yanaşdıqda müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-nin 511.1.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü bir sıra cinayət əməllərinə görə nəzərdə tutulmuş sanksiyalardan daha ağırdır. Konstitusiya Məhkəməsinin formalaşdırığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXMnin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haaamda is üzrə icraat aparılan səxsin, zərərcəkmis səxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digəı protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki is üzrə sübut qismində videogörüntülər göstərilmişdir ki, o, da ziddiyyətlidir və video görüntülər ilə Şəxs İXM-nin 511.1.3-cü maddəsilə təqsirliliyi sübuta yetmir. Qeyd olunanlara əsasən məhkəmə Şəxs əməlində İXM-nin 511.1.3-cü maddəsində ehtiva olunan inzibati xəta tərkibinin olmaması qənaətinə gəlib, işin icraatına xitam verilməsini əsaslı sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş AP ******* nömrəli, 26 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-92/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-92/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver