Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-92/2024 23.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, X5 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ-nin DYPB-nin İTÜBİ polis kapitanı X1 iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş 01 fevral 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar tərtib olunmuş elektron protokola əsasən sürücü barədə məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün ərzində təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ-nin DYPB-nin İTÜBİ polis kapitanı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin mülkiyyətində olan “Tayota Carolla” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Arif Heydərov küçəsində durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. Nəqliyyat vasitəsinin sürücüsü barədə sistemdə məlumat olmadığından "xxxx" MMC-yə sorğu göndərilmiş, qanunla müəyyən edilmiş müddət ərzində cavab alınmadığına görə "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə uyğun protokol tərtib edilmişdir. Əlavə olaraq məhkəməyə "xxxx" MMC tərəfindən verilmiş Etibarnaməni təqdim edərək, sorğu məlumatının artıq alındığını bildirmişdir. Sonda iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə- vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə Qəbələ rayon X4 X8 tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-dən sorğu ilə “Tayota Carolla” markalı, ** AA *** dövlət dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifdəçisi barədə məlumat verilməsinə dair həmin MMC-yə sorğunun rəsmi qaydada çatdırılması sübuta yetmədi. Belə ki, inzibati materiala "xxxx" MMC tərəfindən qəbul edildiyi qeyd olunan 1 (bir) xəbərnamə əlavə edilmişdir ki, həmin xəbərnamə Qəbələ rayon Polis Şöbəsi tərəfindən "xxxx" MMC-yə hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi barədə sorğu göndərilməsini təsdiq etmir. Həmçinin iş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Etibarnaməyə əsasən, ** AA *** qeydiyyat nişanlı, "Tayota Carolla“ markalı avtomaşının sürülməsi X2 həvalə edilmişdir. Başqa sözlə təqdim edilmiş sənədlərə əsasən “"xxxx"” MMC-yə mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xətaya yol vermiş fiziki şəxs barədə məlumatın təqdim edilməsi barədə göndərilmiş sorğunun surəti əlavə edilsə də, həmin sorğunun MMC tərəfindən alınmasına dair heç bir sübut əlavə edilməmişdir və əlavə olunmuş xəbərnamələrlə bu sübuta yetirilmir, həmçinin xx.xx.2024-cü il tarixdə məhkəmə iclası zamanı təqdim edilən etibarnamədən görünür ki, ** AA *** qeydiyyat nişanlı, "Tayota Carolla“ markalı avtomaşının sürülməsi X2 həvalə edilmişdir. Beləliklə, "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmədiyindən, məhkəmə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 01 fevral 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 01 fevral 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-92/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-92/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver