Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-94/2022 01.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs1, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 01.03.2022-ci il tarixdə Şəxsnın Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-293/18 nömrəli, 13 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 4000 (dörd min) manat borc məbləği tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. Həmçinin Qəbələ Rayon Məhkəməsinin 2(025)-166/21 nömrəli, 05.08.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 6500 (altı min beş yüz) manat borc məbləği tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının tam icrasını təmin etməmişdir. Hal-hazıradək borclunun bu günkü tarixə 2(025)-293/18 nömrəli icra vərəqəsinə əsasən 3600 manat, 2(025)- 166/21 nömrəli icra vərəqəsinə əsasən 6350 manat borcu vardır. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verdiyi izahatında göstərmişdir ki, borclu qərəzli şəkildə borcu ödəməkdən yayınır. Dəfələrlə ondan borcunun ödənilməsini tələb etsələr də, Şəxs borcundan yalnız 150 manat ödəmiş, lakin qalıq borcu tam olaraq ödəmir. Sonda isə məhkəmədən borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən borcu ödəməkdən yayınmamışdır. Maddi imkanı olduqca, borcu ödəyir. İİ Qarabağ müharibəsində iştirak etmişdir. Heç bir yerdə işləmir, hal-hazırda yalnız taksi fəaliyyəti ilə gəlir əldə edir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs borcu ödəməkdən boyun qaçırmamış, maddi imkanı olduqca icra vərəqələri üzrə pul ödəmişdir. Odur ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 293/18 nömrəli, 13 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 4000 (dörd min) manat borc məbləği tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-166/21 nömrəli, 05.08.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 6500 (altı min beş yüz) manat borc məbləği tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-293/18 nömrəli, 13 aprel 2018-ci il tarixli icra sənədi üzrə Şəxs tələbkar Zərərçəkmiş şəxs2 430 manat, həmçinin 2(025)-166/21 nömrəli, 05.08.2021-ci il tarixli icra sənədi üzrə Şəxs tələbkar Zərərçəkmiş şəxs1 150 manat ödəniş etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs tələbkarlara müxtəlif tarixlərdə ödəniş etsə də, hal-hazıradək Qəbələ Rayon Məhkəməsinin 2(025)-293/18 nömrəli, 13 aprel 2018ci il tarixli qətnaməsi üzrə 3600 manat, Qəbələ Rayon Məhkəməsinin (025)-166/21 nömrəli, 05.08.2021-ci il tarixli qətnaməsi üzrə 6350 manat borcu qalmışdır. Bununla da borclu Şəxs icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-94/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-94/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver