Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-96/2023 03.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə 1992-ci il iyunun 20-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Goranboy rayonu, Göynüyən kəndində qeydiyyatda və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqınhda işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 03 mart 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Bum qəsəbə sakini Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldadaraq onlara məxsus 250 manat pulu dələduzluq yolu ilə mənimsəmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 03mart 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Bum qəsəbə sakini Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldadaraq onlara məxsus 250 manat pulu dələduzluq yolu ilə mənimsəmişdir.Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, o, işi ilə əlaqədar Bakı şəhərində yaşayır. Bakı şəhərində kirayə qaldığı evi kirayələmək üçün ev alqı-satqısı ilə məşğul olan 1 nəfər şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq kirayə verəcəyi evin şəkilləri votsap sosial şəbəkəsi vasitəsilə ona göndərməyini istəmişdir. O, tanımadığı həmin şəxsə özünə məxsus olmayan evin şəkillərini göndərmişdir. Təxminən 10 gün sonra tanımadığı mobil nömrədən istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş, tanımadığı həmən şəxs nömrəni internet portallarından götürdüyünü və evi kirayələmək istədiyini bildirmişdir. Həmin şəxslə danışandan sonra o, evi daha ətraflı görmək üçün onunla votsap vasitəsilə görüntülü əlaqə saxlamışdır və o, özünə məxsus olmayan kirayə qaldığı mənzilin video görüntüsünü həmin şəxsə təqdim etmişdir. Həmin şəxs evi bəyənmiş və ona kirayələmək üçün nə qədər pul lazım olduğunu bildirmişdir. 250 manata həmin evi kirayə verəcəyini bildirmişdir. Belə olub ona məxsus “Kapital Bank” hesabına bağlı olan **********761353 nömrəli kartını onlara göndərmişdir. Təxminən 7-8 saat sonra 4 dəfəyə hər dəfə 63 manat olmaqla ümumilikdə 250 manat pul köçürmüşlər. Pul hesabına köçdükdən sonra həmin pulu özü üçün xərcləmişdir. Törətdiyi əməldən çox peşimandır və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur.Belə ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir.Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, o, AR FHN-in Qəbələ rayon DYMH-də yanğınsöndürən vəzifəsində işləyir. İşi ilə bağlı o və digər 3 nəfər iş yoldaşı Bakı şəhərinə ezam olunmuşlar. Həmin vaxt Bakı şəhərində kirayədə qalmaq üçün internet portallarından kirayə ev elanlarına baxmışdır. “Bina.az” internet portalında gördüyü evin elanı ilə bağlı qeyd olunan mobil nömrəyə zəng edərək evi maraqlanmışdır. Özünü Şəxs kimi təqdim edən şəxs evin ona məxsus olduğunu və həmin evi kirayə verəcəyini bildirmişdir. Belə olub Şəxs göndərdiyi bank hesabına ümumilikdə 250 manat pul köçürmüşlər. Sonradan məlum olmuş ki, sözügedən ev Şəxs məxsus olmamış, o özü də həmin evdə kirayədə qalmışdır. Nəticədə onun 250 manatını alaraq onu aldatmışdır. Hazırda isə ona dəymiş ziyanı qarşıladığından Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs1 ona zəng edərək **********761353 nömrəli “Kapital Bank”a məxsus Şəxs adına olan bank hesabına 63 manat pul ödəməli olduğunu bildirdi. O da həmin kart hesabına 63 manat pulu ödəmişdir. Sonradan qardaşı Zərərçəkmiş şəxs1 Şəxs tərəfindən aldadıldıqlarını bildirmişdir. Hal-hazırda Şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmişdir və bu səbəbdən heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələ RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı X3 22fevral 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət təqibi olmadığından, fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 məxsus 63 manat pulu dələduzluq yolu ilə ələ keçirən şəxs və ya şəxslərin müəyyən edilərək barələrində inzibati icraat başlanması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək Şəxs qarşı heç bir şikayət və tələblərinin olmadıqlarını, onunla barışdıqlarını bildirmişlər. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxsləduzluq yolu ilə özgəsinin əmlakını talayaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən,xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 53.0 və 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, inzibati xəta törətmiş Şəxs vurulmuş ziyanı ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci və 53.0.10-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci və 53.0.10-cu maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilsin. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlikedən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-96/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-96/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver