Məhkəmə qərarları › İş №3(025)-96/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-96/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-96/2025 13.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X8 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxsnın barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 1748966) tərtib olunmuşdur ki, o, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bədəlova (Qafarova) Nazlı Elman qızının xeyrinə 23 yanvar 2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 136 (bir yüz otuz altı) manat, cəmi 272 (iki yüz yetmiş iki) manat məbləğində aliment ödəməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(004)- 1912/2017 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən icra etməyərək 11186,0 manat və xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs oğlu və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bədəlova (Qafarova) Nazlı Elman qızının xeyrinə hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli 2(004)-4283/2024 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən icra etməyərək 2350, manat məbləğində borclu qalmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bədəlova (Qafarova) Nazlı Elman qızının xeyrinə 23 yanvar 2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 136 (bir yüz otuz altı) manat, cəmi 272 (iki yüz yetmiş iki) manat məbləğində aliment ödəməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(004)-1912/2017 saylı icra sənədi üzrə yaranmış 11186 manat məbləğində və həmin uşaqların saxlanılmasından ötrü hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli 2(004)-4283/2024 saylı icra sənədi üzrə yaranmış 2350 manat məbləğində borcu ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, indiyədək hissə-hissə cəmi 14110,0 manat ödəmiş, lakin çətin maddi vəziyyətdə olması ilə əlaqədar natamam ödənişlər etdiyi üçün hər iki icra vərəqəsi üzrə cəmi 13.536,0 manat borclu qalmışdır. Başqa gəlirləri və qiymətli əmlakı olmadığından tələb olunan məbləği birdəfəlik ödəmək imkanı olmasa da, xx.xx.2025-ci il tarixdə borcundan 800,0 manat ödəmiş və Zərərçəkmiş şəxs ilə qalıq borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə etmişdir. Ona görə də, qalıq borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-1912/2017 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 136 (bir yüz otuz altı) manat, cəmi 272 manat məbləğində aliment tutulub iddiaçı Bədəlova (Qafarova) Nazlı Elman qızına ödənilməlidir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4283/2024 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, cavabdeh Şəxs xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs oğlu və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)- 1912/2017 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş bildirişin surətinə əsasən borclu Şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-1912/2017 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4283/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, e306191/2024-11-5-002 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4283/2024 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ İPŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 103741/2017-11-5-005 nömrəli arayışa əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)- 1912/2017 saylı, icra sənədinə əsasən cavabdeh Şəxs tələbkara 25296 manat ödəməli olduğu halda 14110 manat ödəniş etmiş, 11186 manat borcu qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4283/2024 saylı, icra sənədinə əsasən cavabdeh Şəxs 2350 manat ödənilməmiş aliment borcu vardır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən Qəbələ Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2025-ci il tarixli teleqramda göstərilmişdir ki, Şəxs aliment borcundan 800 manat ödəmişdir. Ona görə də, Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi yoxdur və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-1912/2017 saylı icra sənədi üzrə cəmi 14110 manat ödəmişdir. xx.xx.2025-ci il tarixədək həmin icra sənədi üzrə 11186,0 manat məbləğində, o cümlədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4283/2024 saylı icra sənədi üzrə 2350,0 manat aliment borcu ödənilməmişdir. İcra tədbirləri nəticəsində Şəxs tələb yönələ biləcək qiymətli əmlakı və başqa gəlirləri aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs aliment borcundan 800,0 manat ödəmiş və qalıq aliment borcunun ödənilmə qaydası barədə tələbkar Zərərçəkmiş şəxs ilə razılıq əldə etmişdir. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-1912/2017 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4283/2024 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmadığından əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə (MN 1748966) icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar