Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-97/2022 15.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 4-cü tağımından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 24 dekabr 2021-ci il tarixdə saat 17:00 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən 56-cı kilometirliyində idarə etdiyi Vaz 2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə üzü Şəki istiqamətində hərəkətdə olarkən yolu soldan sağa keçmək istəyən piyada, xx.xx.2007-ci il təvəllüdlü, Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru Rauf Tağıyevin 19 yanvar 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin YPXA 4-cü tağımın Yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən 16 fevral 2022-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 24.12.2021-ci il tarixdə saat 17:00 radələrində idarə etdiyi Vaz 2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə evdən çıxıb Vəndam mərkəzinə gedirdi. Avtomobili o özü idarə edirdi. Avtomobildə ondan başqa heç kim yox idi. Qaraməryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən 56-cı klometirliyində üzü İsmayıllı istiqamətinə saatda 40-45 kilometir sürətlə hərəkətdə olarkən, yolun solu ilə bir neçə qızın üzü İsmayıllı istiqamətinə getdiyini gördü. Təxminən 4-5 metir məsafədən qızlardan birinin qaça-qaça yolu soldan sağa keçmək istədiyini gördü. Bu vaxt o, tez idarə etdiyi Vaz 2106 markalı avtomobilin əyləcinə basdı ki yolu qaça-qaça keçmək istəyən qızı vurmasın. Lakin həmən qız qaçdığına görə o, avtomobili saxlaya bilmədi və qız gəldiyi kimidə onun avtomobilinin sol yandan süşəsinə dəyərək yerə yıxıldı. O, tez avtomobili dayandırdı və avtomobildən yerə düşərək qıza tərəf getdi. Qızı yerdən götürərək idarə etdiyi avtomobilə qoyaraq Qəbələ rayon DM-nə apardı. Xəstəxanada bildi ki qız Vəndam qəsəbəsində yaşayan Türkan adlı qızdır. Xəstəxanada Türkanı müayinə etdilər ciddi bir xəsarət olmadığını bildirdilər. Sonra hadisə yerinə YPX-nin əməkdaşları və Təhqiqatçı gələrək hadisə yerini müayinə etdilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə izahatında göstərmişdir ki, qızı - Zərərçəkmiş şəxs 14 dekabr 2021-ci il tarixdə oxuduğu məktəbə məşğələyə getmişdi. Məşğələdən çıxıb üzü Qəbələ istiqamətinə yolun sol kənarı ilə evə gedirdi. Sonra baş verən hadisə yəni qızı - Zərərçəkmiş şəxs yolu soldan sağa keçən zaman Vaz 2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Türkanı vurması qızının yadında deyil. Həmin vaxt qızının yaddaşı itdiyindən hadisənin necə baş verməsi yadında deyil. Ayılanda isə Qəbələ rayon DM-də idi. Həmçinin Qanuni nümayəndə yazılı ərizə təqdim edərək Şəxs ilə hal-hazırda barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-a məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin YPXA 4-cü tağımın Yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən tərtib edilən 16 fevral 2022-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokolla və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini və onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-97/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-97/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver