Məhkəmə qərarları › İş №3(025)-97/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-97/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-97/2023 16.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirovun və barəsində inzibati qaydada icraat aparılan şəxs Əzı̇ zov Qorxmaz Ələsgər oğlunun iştirakları ilə, xx.xx.1965-ci ildə Qəbələ rayonu, İmamlı kəndində anadan olmuş, Qəbələ rayonu, İmamlı kəndində qeydiyyatda olan və yaşayan Əzı̇ zov Qorxmaz Ələsgər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixdə, Qəbələ rayonu İmamlı kəndində Əzı̇ zov Qorxmaz Ələsgər oğlundan 1 ədəd 16 kalibirli, “Tula” markalı, 1969-cu il istehsalı, nömrəsi K 09263 olan, yivsiz tək lülə mülki ov silahı və həmin silaha aid 1 ədəd 16 kalibirli patronlar qanunsuz olaraq saxladığı aşkar olunaraq götürülmüşdür. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov tərəfindən Əzı̇ zov Qorxmaz Ələsgər oğlunun Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, xx.xx.2023cü il tarixdə, Qəbələ rayonu İmamlı kəndində Əzı̇ zov Qorxmaz Ələsgər oğlundan 1 ədəd 16 kalibirli, “Tula” markalı, 1969-cu il istehsalı, nömrəsi K 09263 olan, yivsiz tək lülə mülki ov silahı və həmin silaha aid 1 ədəd 16 kalibirli patronlar qanunsuz olaraq saxladığı aşkar olunaraq götürülmüşdür. Bununla da, Əzı̇ zov Qorxmaz Ələsgər oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Əzı̇ zov Qorxmaz Ələsgər oğlunu polis şöbəsinə dəvət etmişlər və izahatı alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əzı̇ zov Qorxmaz Ələsgər oğlu törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, 1969-cu il istehsalı, K 09263 nömrəli mülki ov silahı mərhum atasına məxsusdur. Həmin silaha aid heç bir sənədi yoxdur. Həmin silahı o yaşadığı evdə saxlamışdır. Ov tüfəngindən istifadə etmədiyindən sənədləşdirməmişdir. Hansı sənədləşdirmə işlərinin zəruri olması barədə məlumatı olmayıb. Atasından qaldığı üçün silahı evdə təhlükəsis yerdə saxlamışdır. Həmin silahı istifadə etməmiş və ya kiməsə verməmişdir, yaşadığı evdə damda saxlamışdır. Silah atasından yadigar qaldığından sənədləşdirərək ona qaytarılmasını xahiş edir. Sonda isə barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov tərəfindən tərtib edilmiş 24 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Əzı̇ zov Qorxmaz Ələsgər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli işdə olan özünün izahatı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Əzı̇ zov Qorxmaz Ələsgər oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Əzı̇ zov Qorxmaz Ələsgər oğlu barəsində inzibati xətanın bilavasitə obyekti olmuş ov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Əzı̇ zov Qorxmaz Ələsgər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd 16 kalibirli, “Tula” markalı, 1969-cu il istehsalı, nömrəsi K 09263 olan, yivsiz tək lülə mülki ov silahı və həmin silaha aid 1 ədəd 16 kalibirli patron müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar