Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-98/2022 03.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1986-ci il aprel 09-da Qəbələ rayonu Bum qəsəbəsində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 03 mart 2022-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 03.03.2022-ci il tarixdə Qəbələ şəhərində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 03 mart 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 göstərdi ki, Şəxs 03.03.2022-ci il tarixdə Qəbələ şəhərində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, 03.03.2022-ci il tarixdə özünə məxsus “VAZ 21011” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhərində yerləşən Şahdağ yanacaqdolma məntəqəsi istiqamətdə olarkən Yol Patrul Xidməti əməkdaşı avtomobilinə saxlamaq işarəsi vermişlər. O, bir az qabağa gedərək Yanacaq doldurma məntəqəsində maşını saxlamış, avtomobilinin texniki baxış müddəti keçdiyindən nömrənin üstünü “tibb maskası” ilə bağlamışdır. Bu səbəbdən polis əməkdaşı maşına yaxınlaşaraq avtomobilinin şəklini çəkmişdir. Maşının nömrəsinə bağlamasına səbəb texniki baxışdan keçirməməsi və ona cərimə yazılmaması olmuşdur. Polis əməkdaşı ona avtomobilini polis şöbəsinə cərimə meydançasına aparılacağını bildirmişdir. O, polis əməkdaşına maşınını şöbəyə aparmamağı, sonra görüşüb hörmət edəcəyini bildirmişdir. Polis əməkdaşı buna baxmayaraq maşınını şöbəyə aparmışdır. Həmçinin yanacaq doldurma məntəqəsində olarkən avtomobili kənara çəkməsinə icazə verilməsini istəmiş, lakin yol polisi əməkdaşı buna icazə verməmişdir. Məqsədi isə o olmuşdur ki, ətrafdakı insanların iş fəaliyyətin pozmasın. O, əsibələşərək polis əməkdaşına nalayiq ifadə işlətmiş, onun tələblərinə tabe olmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ DYPB YPXİ-nin polis serjantı X5 izahatında bildirmişdir ki, 03.03.2022-ci il tarixdə Qəbələ rayonu E.Kərimov küçəsində **- YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşını ilə xidmətdə olarkən aşkar etmiş ki, “Vaz 21011” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşın dövlət qeydiyyat nişanlarını qanunsuz örtüklə bağlamışdır. O, həmin maşına saxla işarəsi vermiş, avtomobil “Şahdağ” petrol adlanan yanacaqdoldurma məntəqəsinə daxil olmuşdur. O da həmin avtomobillin arxasında gedərək yanacaqdoldurma məntəqəsinə daxil olmuşdur. Bu zaman Xeyrəddin adlı şəxs ona yaxınlaşaraq avtomobilin ona məxsus olduğunu bildirmişdir. O, avtomobilin cərimə meydançasına getməli olduğunu bildirində Xeyrəddin adlı şəxs nalayiq ifadələr işlədərək avtomobilin heç bir yerə getməyəcəyini bildirmişdir. Həmin vaxt avtomobili başqa şəxs idarə etmiş və Xeyrəddinin həmin avtomobil üzərində heç bir səlahiyyəti olmadığı müəyyən edilmişdir. Xeyrəddin adlı şəxs avtomobilə minərək uzaqlaşmaq istəmiş, o isə açarı götürərək buna maneə olmuşdur. Daha sonra isə dəfələrlə nalayiq ifadələr işlədərək xidməti vəzifəsinin yerinə yetirməsinə imkan verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ DYPBnin YPXİ-nin polis serjantı X6 RPŞ-nin rəisi, polis polkovniki cənab Nadir Məmmədova ünvanladığı 03 mart 2022-ci il tarixli Raportda göstərilmişdir ki, 03.03.2022-ci il tarixdə saat təxminən 11:46 radələrində Qəbələ şəhər, 28 May küçəsində xidmətdə olduğu zaman “Vaz 2101” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü dövlət qeydiyyat nişanlarını məhdudlaşdırdığı üçün sürücüyə saxla işarə vermişdir. Kənardan Şəxs ona yaxınlaşaraq avtomaşının ona məxsus olduğunu bildirərək avtomaşının duracağa aparılmasına maenələr törətmiş, onu nalayiq ifadələrlə təhqir etmiş, ictimai qaydanı pozmuş, nalayiq ifadələr işlədərək xidməti fəaliyyətinə mane olmuş və qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən də Şəxs Qəbələ RPŞ DYPB YPXİ-nin polis serjantı X3 ünvanına nalayiq ifadələr işlətmiş, eyni zamanda onun qanuni əmrinə tabe olmamışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyənedildi ki, Şəxs 03.03.2022-ci il tarixdə Qəbələ şəhərində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 03mart 2022-ci il saat 17:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 03 mart 2022-ci il saat 17:30-dan hesablnasın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-98/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-98/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver