Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-98/2023 16.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Gilan X1” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, “Gilan X1” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “Gilan X1” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, 20 fevral 2023cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Gilan X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2021-ci il üzrə 2022-ci ildə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə mətbuatda və ya internet səhifəsində dərc edilməmişdir. Nəticədə “Gilan X1” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, 20 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 15 mart 2023-cü il tarixli məhkəməyə elektron qaydada göndərilmiş müraciətdə "Gilan X1" Məhdud Məsuliyyəti Cəmiyyətinin 2021-ci il üzrə maliyyə hesabatlarına 28 iyun 2022-ci il tarixdə auditor rəyi (Müstəqil auditorun hesabatını) verilmiş və həmin rəy Auditorlar Palatasına da təqdim edildiyindən "Gilan X1" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş 20 fevral 2023-cü il tarixli MN № ******* nömrəli "İnzibati xəta haqqında Protokolla bağlı işə baxılmadan Maliyyə Nazirliyinə geri qaytarılması və yaxud xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Gilan X1” MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, "X1" MMC-nin 2021-ci il görə maliyyə hesabatları saytda yerləşdirmiş, 28 iyun 2022-ci il tarixdə auditor rəyi verilmiş və həmin rəy Auditorlar palatasına gecikdirilmədən vaxtında təqdim edilmişdir. Bu barədə Maliyyə Nazirliyi ilə əlaqə yaradılmış, onlar da maliyyə hesabatlarının onlara vaxtında təqdim olunduğunu bildirmişlər və bu barədə məktubla müraciət etdiklərini bildirmişlər. Həmçinin, Elektron sistemdə də Maliyyə Nazirliyi tərəfindən Qəbələ Rayon Məhkəməsinə məktubla müraciət olunaraq "İnzibati Xəta haqqında Protokol”a baxılmadan xitam verilməsi və ya geri qaytarılması xahiş olunur. Qeyd olunanları nəzərə alaraq "X1" MMC barəsində tərtib olunmuş “İnzibati Xəta haqqında Protokoh’a xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Belə olan halda məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 15 mart 2023-cü il tarixli məhkəməyə ünvanlanmış elektron müraciətindən görünür ki, "Gilan X1" Məhdud Məsuliyyəti Cəmiyyətinin 2021ci il üzrə maliyyə hesabatlarına 28 iyun 2022-ci il tarixdə auditor rəyi (Müstəqi auditorun hesabatını) verilmiş və həmin rəy Auditorlar Palatasına da təqdim edilmişdir . Beləliklə məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokol tərtib edən şəxsin ərizəsini və inzibati materialda olan digər sənədlərlə "Gilan X1" Məhdud Məsuliyyəti Cəmiyyətini tərəfindən inzibati xəta törətməməsi sübuta yetirildi. Bu halı inzibati xəta haqqında protokolu tərtib edən şəxs də öz izahatı ilə təsdiq etmişdir. Odur ki, "Gilan X1" Məhdud Məsuliyyəti Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmədiyindən, məhkəmə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "Gilan X1" Məhdud Məsuliyyəti Cəmiyyətinin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 20 fevral 2023cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "Gilan X1" Məhdud Məsuliyyəti Cəmiyyətinin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 20 fevral 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-98/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-98/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver