Məhkəmə qərarları › İş №3(025)-99/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-99/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-99/2022 17.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nin polis baş serjantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25.02.2022-ci il tarixdə saat 15:10 radələrində Qəbələ rayonu, Nic qəsəbəsində özünə məxsus bir baş iri buynuzlu inəyi asvalt örtüklü yola nəzarətsiz buraxmış, nəticədə heyvan həmin yolda hərəkətdə olan “VAZ-21144” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nin polis baş serjantı X1 Tehran Qüdrət oğlunun Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nin polis baş serjantı X6i izahatında bildirmişdir ki, Şəxs 25.02.2022-ci il tarixdə saat 15:10 radələrində Qəbələ rayonu, Nic qəsəbəsində özünə məxsus bir baş iri buynuzlu inəyi asvalt örtüklü yola nəzarətsiz buraxmış, nəticədə heyvan həmin yolda hərəkətdə olan “VAZ-21144” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 25.02.2022-ci il tarixdə Bakı şəhərində olmuşdur. Saat 15:00-16:00 radələrində ona zəng gəldi ki, qəsəbədaxili yolda onun heyvanını maşın vurub. 25 fevral 2022-ci il tarixdə saat 15:00 radələrində həyat yoldaşı Qəribli İlhamə onlara məxsus bir baş iribuynuzlu düyə malını əlində kəndirlə bağlı halda suvarmaqdan gətirərkən, yaşayış məntəqəsinin içərisində, qəsəbə daxili yolda VAZ markalı ** CA *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü sonradan onlara məlum olan Zərərçəkmiş şəxs Artur oğlu aramsız siqnal verməklə yüksək sürətlə hərəkət edərək bağlı heyvanı hürkütmüşdür. Nəticədə heyvan hürkərək yoldaşının əlindəki kəndirdən çıxaraq yola çıxmış, qeyd etdiyi, sürətlə gələn avtomobil tərəfindən vurularaq tələf edilmişdir. Hadisə yerində yoldaşından başqa daha bir neçə kənd sakini olmuşdur. Sakinlər sürücüyə belə surətlə maşın sürməyin təhlükəli olmasını, yaxşı ki, yola insan əvəzinə heyvanın çıxdığını bildirmişlər. Onlara maddi ziyan dəymişdir. Hadisə verində asvalt örtüyünün üzərində adi gözlə baxdıqda avtomaşının tormoz verdiyi məsələnin 45 metr olduğu görünür. Hadisə yerində olan şahidlər bildirirlər ki, avtomaşının surəti 130-140 km olmuşdur. Halbuku yol hərəkəti qaydalarına əsasən Yaşayış məntəqələri ərazilərində maksimum surət 60 km.saat qəbul edilmişdir. Hadisə yerinin foto şəkilləri çəkilmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 25 fevral 2022-ci il tarixdə saat 15:00 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ-21144” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu, Nic qəsəbəsində asvalt örtüklü yolda hərəkətdə olarkən qəflətən yolun hərəkət hissəsinə iribuynuzlu mal qaçaraq qarşısına çıxdı. Məsafə yaxın olduğundan əyləci bassa da həmin iribuynuzlu malı vurdu. 10-15 dəqiqə sonra həmkəndlisi X2 oraya gələrək malın ona məxsus olduğunu bildirdi. Hadisə yerinə yol-patrul xidmətinin əməkdaşları dəvət edildi. Onlar yolun ölçülərini götürdülər. Hadisə zamanı heç kim bədən xəsarəti almamış, avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuşdur. Məhkəmə Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİnin polis baş serjantı X6 tərəfindən tərtib edilmiş 26 fevral 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan əməli tərəflərin izahatları, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar