Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-99/2023 07.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, X1 Qəbələ RPŞ DYPB-nin 16 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Qəbələ RPŞ DYPB-nin 16 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıraq hesab edir ki, X2 tərəfindən Qəbələ RPŞ DYPB-nin 16 noyabr 2022-ci il tarixli, MN ******* qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Lakin iş materiallarlndan görünür ki, Qəbələ RPŞ DYPB-nin 16 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarı 16 noyabr 2022-ci il tarixdə qəbul edilmiş, A.E.Bəşirov qeyd edilən qərardan şikayət ərizəsi ilə 06 mart 2023-cü il tarixdə - 3 ay keçdikdən sonra məhkəməyə müraciət etmiş, inzibati qərardan şikayət vermə müddətini buraxmış və buraxılmış müddətin üzürlü hesab edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, X2 tərəfindən Qəbələ RPŞ DYPB-nin 16 noyabr 2022ci il tarixli, MN ******* saylı qərarından verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Ərizəçiyə izah olunsun ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428 və 432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Qəbələ RPŞ DYPB-nin 16 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsi geri qaytarılsın. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-99/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-99/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver