Məhkəmə qərarları › İş №3(026)-1/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-1/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-1/2021 15.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, xx xxxxxx 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonunda anadan olmuş, Qobustan rayonunun Yekəxana kəndində anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş xx xxx 2019-cu il tarixli TP ******* saylı inzibati xəta haqqında protokolun cəriməsini qanunla müəyyən edilmiş əsaslar olmadan 3 (üç) aydan artıq müddətdə ödəmədiyinə görə onun barəsində xx xxxxxxx 2019-cu il tarixdə İXP-2917378 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qobustan rayonu Yekəxana kəndində yaşayan, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat inzibati cərimə edilmişdir. Qobustan rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(026)-268/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ X3 İdarəsinin protokolu və həmin protokol əsasında tərtib edilmiş xx xxx 2019-cu il tarixli TP seriyalı ******* saylı qərarı üzrə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş üzrə icraatın dayandırılmasına səbəb Şəxs Bakı şəhəri Baş Polis İdarəsi X3 İdarəsinin inzibati xəta haqqında protokolun və qərarın ləğv olunması barədə verdiyi şikayətin qismən təmin edilməsi barədə Qobustan rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(026)-252/2019 saylı qərarından verdiyi apelyasiya şikayəti olmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(105)-49/2020 saylı qərarına əsasən həmin iş baxılması üçün Şuşa rayon məhkəməsinə göndərilmiş, Şuşa rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(077)-10/2020 saylı qərarı ilə Bakı şəhər BPİ X3 İdarəsinin protokolu və onun əsasında tərtib edilmiş qərar ləğv edilmişdir. Şuşa rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(077)-10/2020 saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs apelyasiya şikayəti vermişdir. Hazırda həmin şikayətə hüquqi nəticə verildiyindən icraatın dayandırılması üçün əsas olan səbəblər aradan qaldırıldığından işin icraatı təzələnmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 3(077)-10/20 saylı məktubundan görünür ki, Şuşa rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(077)-10/2020 saylı qərarından apelyasiya şikayəti verilmişdir. Şuşa rayon məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 3(077)-10/2020 saylı qərarından apelyasiya şikayəti verildiyi üçün məhkəmənin icraatındakı inzibati materiala baxılaraq hüquqi nəticə vermək mümkün olmadığından işə baxılmasının müddəti uzadılmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 3(105)-128/2021 saylı qərarının surətindən görünür ki, Bakı şəhər BPİ X4 idarəsi tərəfindən Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(077)- 10/2020 saylı qərarından verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(077)-10/2020 saylı qərarı ləğv edilmiş, X1 və Şəxs şikayət ərizəsi qismən təmin edilərək Bakı şəhər BPİ X4 idarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə tərtib edilmiş TP seriyalı ******* saylı xx xxx 2019-ci il tarixli qərar ləğv edilmiş, Şəxs barəsində BPİ X4 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə başlanılan inzibati xəta haqqında işin icraatına əməldə inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. “QAZ 33021 YUK" markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşın DİN BDYPİ-nin “Siqnal” İLİ İdarəsinin 10 saylı cərimə meydançasından Şəxs təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qanunun bu tələbinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati işin icraatına onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev -

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar