Məhkəmə qərarları › İş №3(026)-10/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-10/2021

15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-10/2021 15.01.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxx 1942-ci ildə Şamaxı rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə yaşadığı Qobustan rayonunun Yekəxana kəndində arvadı Şəhla Babayevanı incidib və söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayonunun Yekəxana kəndində yaşayır Şəhla onun həyat yoldaşıdır, 1993-cü ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər və həmin nikahdan üç uşaqları anadan olmuşdur. Son vaxtlar oğlu Ağası onun sözlərinə məhəl qoymayaraq onu ata kimi saymadığından oğlu ilə aralarında söz-söhbət yaranmışdır, Şəhla da onu deyil, oğlunu müdafiə etdiyinə görə münasibətləri pozulmuşdur. Elə bu səbəbdən də aralarında olan nikahı məhkəmə qaydasında ləğv etdirmişlər. Yeddi aydır ki öz evində qalmir və Şəhlanı nə söymüş, nədəki döymüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, Qobustan rayonunun Yekəxana kəndində yaşayır. Şəxs onun həyat yoldaşıdır. Abasqulu ilə xasiyyətləri düz gəlmədiyindən aralarında olan nikah pozulmuşdur. Lakin buna baxmayaraq Abasqulu hərdən evə gələrək onu narahat edərək söyüb təhqir etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar