Məhkəmə qərarları › İş №3(026)-100/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-100/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-100/2023 28.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1974-cü ildə Şamaxı rayonunda anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iclaatın açılması barədə qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 206-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs narkotik vasitədən istifadə etdiyi göstərilmişdir. X1 bildirdi ki, 25 fevral 2023-cü il tarixdə Qobustan rayonunun Nabur kənd sakini Şəxs narkotik vasitələrin istifadəçisi kimi Qobustan rayon polis şöbəsinə dəvət olunmuş, həkim müayinəsində keçirilmiş və müayinənin nəticəsində onda asılılıq sindiromu ( narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayon Nabur kəndində qeydiyyatda olmaqla yaşayır. 25 fevral 2023-cü il tarixdə saat 11 radələrində Qobustan rayon Nabur kəndində olduğu zaman Qobustan rayon polis şöbəsinin əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edib ona suallar vermiş və daha sonra onu RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşları ilə RPŞ-yə gəlmiş, RPŞ-də olarkən ona narkotik vasitə istifadə edib-etmədiyini soruşulmuşlar. O da təxminən bir neçə ay əvvəl narkotik vasitə olan marixuana qəbul etməsini bildirmişdir. Xəstəxanada müayinə zamanı narkotik vasitə çəkməyi müəyyən olunmuşdur. Polislərə əvvəllər nəşə çəkdiyini demişdir. Uzun müddətdir ki, o narkotik vasitələrdən uzaq durmuşdur. Əvvəllər bir neçə dəfə istifadə etsə də artıq uzaq durmuşdur. O, 2022-ci ilin avqust ayında toy mərasimində Gəncə şəhərində tanımadığı şəxs ona siqaret vermiş, içərisində narkotik olduğunu bilmiş, əvvəllər də narkotik vasitədən istifadə etdiyi, üçün götürüb istifadə üçün üzərində saxlamışdır. Bir neçə gün bundan əvvəl həmin narkotik vasitəni Qobustan rayon Nabur kəndində istifadə etmişdir. O, heç bir narkotik tərkibli dərman və ya pereparat qəbul etmir. O, yalnız narkotik vasitə olan marixuana qəbul etmişdir. Etdiyi əmələ görə peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin İq-un 28 fevral 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin İq-un 28 fevral 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsin ambulator məcburi narkoloji tibbi yoxlamanın 1108 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 206ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablansın. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar