Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-106/2021 16.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1976-cı ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon icra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 16 may 2021-ci il tarixli protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 16 may 2017-ci il tarixli 2(026)-376/2017 saylı icra sənədinə əsasən Şəxs üç uşağın saxlanılması üçün hər ay hər uşağa 136 manat olmaqla, cəmi 408 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsinə dair icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu alimenti və artan borcunu ödəmir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X12 bildirdi ki, Qobustan rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(026)-376/2017 saylı icra sənədinə əsasən Şəxs üç uşağın saxlanılması üçün hər ay hər uşağa 136 manat olmaqla, cəmi 408 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsinə dair icra vərəqəsi üzrə onun bu günə kimi 8492,92 manat aliment borcu yaranmışdır. Şəxs işləyir, hər ay əmək haqqından 175 manat aliment tutulur. Uşağın birinin 18 yaşı tamam olmuşdur və aliment borcu azalmışdır. Lakin hər ay kəsiri qalmışdır. Borclu alimenti ödəməkdən boyun qaçıraraq onların qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 16 may 2017-ci il tarixli 2(026)-376/2017 saylı icra sənədinə əsasən ondan üç uşağın saxlanılması üçün cəmi 408 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. Əmək haqqı 236 manat təşkil edir, aliment borcu əmək haqqına yönəlmişdir, hər ay 175 manat tutulur və ona cəmi 61 manat pul qalır. Başqa gəlir yeri yoxdur, qalan borcunu da ödəyəcəkdir. Hər ay əmək haqqından tutulandan əlavə ödədiyi pulların da qəbzləri vardır. İndiyədək alimentdən 8235 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon məhkəməsinin 16 may 2017-ci il tarixli 2(026)-376/2017 saylı icra vərəqəsindən görünür ki, 22 may 2001-ci il tarixdə anadan olmuş X4, 17 aprel 2004-cü il tarixdə anadan olmuş Baloğlanova Zümrüd Əlizadə qızı və 04 dekabr 2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 aprel 2017-ci il tarixdən başlayaraq Şəxs Əlizamin oğlundan hər ay hər uşağa 136 manat olmaqla cəmi 408 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X13 X14 idarəsinin verdiyi 28 noyabr 2019-cu il tarixli 01 MM-204 saylı arayışında göstərilir ki, Şəxs müqavilə əsasında “Azəriqaz” X13 X14 idarəsinin Qobustan xidmət sahəsində fərdi kimi xidmət göstərir, onun aylıq əmək haqqı 250,60 manat təşkil edir. Müəyyən olundu ki, Şəxs işləyir, hər ay aylıq əmək haqqından 175 manat aliment tutulur, alimenti ödəməkdən yayınmır, aylıq əmək haqqından tutulmalardan əlavə də ödənişlər edir. Məhkəmə iş materiallarını araşdırıb, icra məmurunun və borclunun izahatını dinləyib hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati işin icraatına xitam verilməlidir. İş materiallarına əlavə olunmuş, 09 mart və 30 mart 2021-ci il tarixli arayışlardan görünür ki, Şəxs X3 hesabına 175 manat aliment ödənişləri etmişdir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında ış üzrə icraat aparılan şəxs Şəxs işləyir və aylıq əmək haqqı alır. İcra sənədi üzrə borcunu ödəməkdən imtina etməmiş, ödənişlər həyata keçirmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınma halı olmadığına görə onun əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati işin icraatına onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-106/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-106/2021
16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver