Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-106/2023 03.03.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1998-ci ildə Füzuli rayonu Qacar kəndində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, Füzuli şəhəri, Ə.Abbasov küçəsi ev 8-də qeydiyyatda olmaqla, Sumqayıt şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iclaatın açılması barədə qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 206-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs narkotik vasitədən istifadə etdiyi göstərilmişdir. X1 bildirdi ki, 01 mart 2023-cü il tarixdə Qobustan rayon polis əməkdaşlarının Qobustan şəhərinin “Son” adlanan ərazidə xidmətdə olarkən bir nəfər şəxsin şübhəli hərəkətlərini hiss edib ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra suallar vermiş və həmin şəxs şübhəli hərəkətlər etdiyi üçün onu Qobustan rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin Sumqayıt şəhəri 26-cı məhəllədə yaşayan Şəxs olması müəyyən edilmişdir. RPŞdə izahatında Şəxs səmimi olaraq narkotik vasitə olan marixuananı qəbul etməsini etiraf etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 01 mart 2023-cü il tarixdə saat 17 radələrində Qobustan şəhərində “Son” adlanan yerdə olmuşdur. Mobil telefonla dostu ilə uca səslə danışmışdır. Bir müddət sonra iki nəfər polis əməkdaşı ona yaxınlaşmış ona bəzi suallar vermişdir. Polis əməkdaşları ondan şəxsiyyət vəsiqəsini istəmiş və o, üzərində olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu RPŞ-yə dəvət etmiş, o da RPŞ-yə gəlmişdir. RPŞ-də olarkən ona narkotik vasitə istifadə edib- etmədiyini soruşmuşlar, o da təxminən bir neçə gün əvvəl narkotik vasitə olan marixuana qəbul etdiyini və əvvəllər nəşə çəkdiyini demişdir. Üzərində narkotik vasitə və ya hər hansı bir qanunla qadağan olunan əşya və predmet aşkar edilməmişdir. İstifadə etdiyi narkotik vasitəni bir neçə gün əvvəl Sumqayıt şəhərindən tapmışdır. Etdiyi əmələ görə peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Qobustan rayon polis şöbəsinin 01 mart 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokolundan görünür ki, Şəxs 01 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qobustan rayon polis şöbəsinin İQ-un 02 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. “Nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavənin 01 mart 2023-cü il tarixli 21 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında göstərilir ki, xx xxxx 1998-ci il təvəllüdlü Şəxs həkim müayinəsindən keçmiş və müayinə nəticəsində OP(-) neqativ, THC(+) pozitiv, MTF(-) neqativ olması aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxs ambulator məcburi narkoloji tibbi yoxlamanın 1195 nömrəli rəyindən görünür k Şəxs Aslılıq Sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunmamışdır. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 25 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-106/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-106/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver