Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-107/2021 16.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, 06 avqust 1968-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.2 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında İXP ******* nömrəli protokolda Şəxs 11 may 2021-ci il tarixdə təxminən saat 20:00 radələrində etibarnamə ilə idarə etdiyi VAZ-2101 markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan şəhərində yerləşən “OBA” marketin qarşısında VAZ 2107 markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sağ qarşısından dəyərək nəticədə VAZ 2107 markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X3 maddi ziyan vurmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-in 327.2 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, Qobustan rayonun Qobustan şəhərində yaşayır. 11 may 2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi VAZ 2101 markalı ** VH *** nömrə nişanlı avtomaşınla Qobustan şəhərində yerləşən “BOL” marketin qarşısında yol ayrıcını keçərkən H. Əliyev prospekti ilə xəstəxanaya tərəf hərəkətdə olan VAZ 2107 markalı ** TD *** nömrə nişanlı avtomaşının sağ arxa qapısından dəymişdir. Hadisə vaxtı avtomaşında tək olmuşdur. Xəsarət alan olmamışdır, avtomaşına ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, 11 may 2021-ci il tarixdə saat 20:00-da idarə etdiyi VAZ 21074 markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayonunun H. Əliyev prospekti ilə xəstəxana istiqamətində hərəkətdə olarkən “OBA” marketin qarşısında yol ayrıcında VAZ-21011 markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü gözlənilmədən qarşısına çıxaraq və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı heç kim xəsarət almamışdır. Ona dəyən ziyan ödənilməmişdir. İşdə olan spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon Mərkəzi Xəstəxanası” X5 verdiyi 11 may 2021-ci il tarixli 313 saylı protokolundan görünür ki, Şəxs 11 may 2021-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İşdə olan spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon Mərkəzi Xəstəxanası” X5 verdiyi 11 may 2021-ci il tarixli 312 saylı protokolundan görünür ki, X2 11 may 2021-ci il tarixdə alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, S.B. İsmayılov Azərbaycan Respublikası İXM-in 327.2 və 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsinin sanksiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bir ay müddətində inzibati həbs edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-107/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-107/2021
16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver