Məhkəmə qərarları › İş №3(026)-108/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-108/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-108/2021 17.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1984-cü ildə Ermənistan Respublikasının Qafan şəhərində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, Ş. Əzizbəyov küçəsi ev 174, mənzil 4-də qeydiyyatda olan, hal-hazırda Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında icraatın açılması barədə qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Azərbaycan Respublikası İXM-in 206-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilmişdir ki, Şəxs üzərində 0,021 qram heroin aşkar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, əvvəllər məhkum edilmiş, həmçinin narkotik vasitələrdən istifadə etmişdir. 19 noyabr 2020-ci il tarixdə Qobustan rayon polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilmiş, həmin vaxtı üzərində qanunsuz əşyanı təqdim etməyi bildirdikdə qara rəngli gödəkcəsinin sağ yan cibində saxladığı, siqaret kağızına bükülmüş kakos kimi tanıdığı heroini polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokolu imzalamışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. İşdə olan Qobustan rayon polis şöbəsinin “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında” 25 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, aparılmış təhqiqat araşdırması zamanı Şəxs üzərindən aşkar olunmuş 0,021 qram heroinə görə onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan ********* nömrəli cinayət işindən Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün material ayrılaraq Qobustan rayon polis şöbəsinə göndərilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar