Məhkəmə qərarları › İş №3(026)-109/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-109/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-109/2021 18.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X8 qızının iştirakı ilə, Şamaxı rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Yekəxana kəndində yaşayan X6 barəsində Qobustan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda X2 24 aprel 2021-ci il tarixdə yaşadığı Qobustan rayonunun Yekəxana kəndində evdə arvadı X3 döyərək ona xəsarət yetirdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan rayonunun Yekəxana kəndində yaşayır. Ayşən Bələdova ilə 3 ildir ki, ailəlidir və 2 uşaqları vardır. 24 aprel 2021-ci il tarixdə Ayşə ilə aralarında mübahisə yaranmış, həmin vaxtı Ayşəni vurmamış, lakin Ayşəni itələmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, Qobustan rayon Yekəxana kəndində qeydiyyatda olmaqla yaşayır. Təxminən 2 il bundan qabaq Şəxslə ailə həyatı qurmuşdur. Həmin ailə həyatından 2 övladları vardır. Ailəli olduqları müddət ərzində Valehlə aralarında tez-tez mübahisələri olmuşdur. Mübhaisəyə səbəb isə evləndikləri zaman ona cehiz verilməməsidir. Onun əmisi Şəxs cehiz yerinə müəyyən miqdar pul versə də pulun bir hissəsi qalmışdır. 24 aprel 2021-ci il tarixdə yaşadıqları evdə olarkən əri ilə aralarında şəxsi münasibətlər zəmnində mübahisə baş vermişdir. Bundan sonra isə o, oğlu Cövhəri də götürərək anasının yanına getmişdir. Böyük oğlu Səfanı isə özü ilə aparmasına Valeh razı olmamışdır. 25 aprel 2021-ci il tarixdə əri Valeh oğlu Səfanı xəstə olduğu üçün onun yanına gətirmiş və dərman içirtməsini ona demişdir. Oğlunu qucağına alaraq ona dərman içirmək istəsə də, həmin vaxtı Valeh onun üzündən yumruqla zərbə vurub saçından tutaraq geriyə itələmiş və onu döymüşdür. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 08 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 08 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, MTE və PAB-in Şamaxı rayon şöbəsinin verdiyi 06 may 2021-ci il tarixli 52 saylı rəyə əsasən X5 məhkəmə tibbi müayinəsi zamanı sol əlin İV barmağının səthi sınığı küt əşya təsirindən törənməklə 25 aprel 2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar