Məhkəmə qərarları › İş №3(026)-110/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-110/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-110/2023 09.03.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü ildə Şamaxı rayonu Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Cəyirli kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. 09 mart 2023-cü il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 09 mart 2023-cü il tarixdə idarə etdiyi “Mersedes Benz C 200” minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə ona saxla işarəsi verilmi və onun avtomobili sərxoş halda idarə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 09 mart 2023-cü il tarixdə özünə məxsus “Mersedes Benz C 200” minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayonunun H. Əliyev prospekti ilə hərəkətdə olan zaman Qobustan rayon polis əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə olan zaman həkim müayinəsindən keçirilmiş, müayinənin nəticəsində onun narkotik vasitədən istifadə etdiyi məlum olmuşdur. Bir ay əvvəl Bakı şəhərində toyda olan zaman tanımadığı şəxslərlə narkotik vasitə istifadə etmişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 09 mart 2023-cü il tarixli tibbi müayinənin 22 saylı protokolunda göstərilir ki, 1993-cü il təvəllüdlü Şəxs müayinədən keçmiş və müayinə nəticəsində narkotik vasitə olan OP (neqativ) AMP-(neqativ) THC (pozitiv) olması aşkar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddələrlə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin sanksiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin görülməsini məqsədə müvafiq hesab edir. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar