Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-111/2023 13.03.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxxx 1971-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 327.1, 327.6, 339.1-1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 12 mart 2023-cü il tarixdə idarə etdiyi VAZ 2101 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla VAZ-21074 markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq avtomaşının sahibiX2na maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 12 mart 2023-cü il tarixdə “Qobustan” marketdən çıxaraq etibarnamə ilə özünə məxsus olan VAZ 2101 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşmiş və avtomaşını arxaya sürərək arxada dayanmış avtomaşını görməmiş və nəticədə VAZ-21074 markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomaşına yüngül dəymişdir. Avtomaşından düşərək avtomaşının sahibi Sərvər Nuriyevə yaxınlaşmış və aralarında mübahisə yaranmışdır. Ona görə də əsəbiləşərək oradan uzaqlaşmışdır. Hadisə barədə heç kimə məlumat verməmişdir. Bir neçə dəqiqədən sonra Qobustan rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək onu polis şöbəsinə aparmış və həkim müayinəsindən keçirmişlər. Müayinənin nəticəsində onun sərxoş olduğu və narkotik vasitədən istifadə etdiyi aşkar olunmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, 12 mart 2023-cü il tarixdə idarə etdiyi VAZ-21074 markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan şəhərində yerləşən “Qobustan” marketə gəlmiş və avtomaşını marketin qarşısında saxlayaraq marketə girmişdir. Bir neçə dəqiqədən sonra həyətdən səs gəldiyini eşidib mağazadan çıxmış və Şəxs idarə etdiyi VAZ 2101 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla onun avtomaşının ön sağ hissəsini vurduğunu görmüşdür. Şəxs ona polis əməkdaşlarına məlumat verdiyinə etirazını bildirərək avtomaşınına əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı heç kim xəsarət almamış, lakin avtomaşınına ziyan dəymişdir. Dəymiş ziyan Elşad Glməmmədov tərəfindən ödənilməmişdir. İşdə olan “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 12 mart 2023-cü il tarixli 97 saylı aktından görünür ki, Şəxs 12 mart 2023-cü il tarixdə orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. 12 mart 2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 23 saylı tibbi müayinə aktından görünür ki, 1971-ci il təvəllüdlü Şəxs həkim müayinəsindən keçmiş və müayinə nəticəsində THC(+) pozitiv aşkar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə inzibati tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə yanaşı, həmçinin 327.1, 327.6 və 339.1-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Qobustan rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətə məhdudlaşdırılmaqla 15 gün müddətinə həbs edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Qobustan rayon Polis Şöbəsinə göndərilsin. Həbsetmənin əvvəl 13 mart 2023-cü il tarixdən hesab edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-111/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-111/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver